Ermənilərin Amasyada güllələdiyi azərbaycanlılar - - FOTO
Bizi izləyin

Tarix

Ermənilərin Amasyada güllələdiyi azərbaycanlılar - - FOTO

Tarix boyu Ermənilərin Azərbaycan torpaqlarına olan əsassız iddiaları minlərlə insanı öz yurdundan didərgin salıb. Bu torpaqlardan biri də Qərbi Azərbaycanın Amasiya bölgəsidir. Ağbaba mahalı ərazisində yerləşən rayonun mərkəzi Amasiya kəndi olub. Ərazisi 608 kv km olan kənddən İrəvanla məsafəsi 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibinə daxil olan Azərbaycan torpağında 40 kənd varmış. Onlardan cəmi üçündə - Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərində ermənilər yaşayıb. Qalan 37 kəndin əhalisi isə tamamilə azərbaycanlılar olub.

1937-ci ilin avqust ayında Qərbi Azərbaycanın Amasya rayonunda Erməni daşnaqları tərəfindən üç nəfərdən ibarət məhkəmə təşkil edilib. Məhkəmin tərkibi üçlüyə sədr təyin edilən Ermənistan SSR “NKVD”-sinin baş müstəntiqi - Aram Kiraqosyan, Gümrü şəhəri “NKVD”-sinin rəisi - Şin Hayrapetyan, Amasiya rayon “NKVD”-sinin rəisi - Torosyan Yediyardan ibarət olub.

Onların iddialarına görə, "1917-1921-ci illərdə Sovet Ermənistanında erməni xalqına qarşı qətliamlar törədən, 1924-1936-cı illərdə SSRİ-yə qarşı gizli fəaliyyət gostərən, əksinqilabı qrupun fəal üzvləri və rəhbərləri türklər imiş".

Məhkəmənin qurulmasında məqsəd Azərbaycan kəndi olan Amasyada etnik təmizləmə aparmaq və kəndi ələ keçirmək olub".

Məhkəmənin nəticəsi olaraq aşağıdakı azərbaycanlılar ittiham olunaraq güllələnib.

Publika.az həmin insanların siyahısını təqdim edir:

1. Xəbərov Qasım Rustam oğlu;-57 yaş

2. Xəbərov Məhəmmədtağı Rustam oğlu;-59 yaş

3. Xəbərov Ənnağı Rustam oğlu;-62 yaş (Leninakan (Gümrü) şəhərində “Qara Qala” yerdə Qasım, Məhəmmədtağı, Ənnağı qardaşları casusluq iddiası ilə faciəli şəkildə öldürülüb)

4. Daşdəmirov Həbib Əhməd oğlu 55 yaş (erməni xalqına qarşı qətliamlar törətdiyi üçün xalq düşməni adlandırılaraq “Qara Qala” deyilən yerdə güllələnib)

5. Ələkbər (Qayadaqalan) 60 yaş (Türk dövlətinin casusu iddası ilə xalq düşməni kimi öldürülüb)

6. Seyidov Məhərrəm Ramazan oğlu 30 yaş(Türk dövlətinin casusu kimi ifşa edilib və güllələnib)

7. Rzaqulu İmamverdi oğlu 60 yaş(Sovet hakimiyyətinə qarşı düşmənçilik mövqeyi tutduğuna görə güllələnib)

8. Məmmədov Məcid (1895-1941)46 yaş(“Qara Qala” deyilən yerdə xalq düşməni adı altında güllələnib)

9. Qulu Kərbəlayı Qurban oğlu 70 yaş(Xalq düşmanı adlandırılaraq Daşkənd şəhərində siyasi məhbus kimi güllələnib. Ölümündən sonra, 1972-ci ildə bərayət qazanıb)

10. Vəli Məşədi Əşrəf oğlu 65yaş(Sovet hakimiyyətinə qaşı çıxdığı üçün xalq düşməni adlandırılıb və faciəli şəkildə öldürülüb)

Qeyd: Yazıdakı fotonun müəllif hüquqları siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevə məxsusdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm