Britaniyalılar adamyeyən olublar - İNANILMAZ FAKTLAR
Bizi izləyin

Tarix

Britaniyalılar adamyeyən olublar - İNANILMAZ FAKTLAR

İngiltərənin Somerset bölgəsində elm adamlarının aşkar etdikləri insan skeletləri dəhşətli tarixi faktlar ortaya qoyub.

Publika.az xəbər verir ki, tapılan sümüklər üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, 15 min il öncə Britaniyada yaşayan insanlar adamyeyənlik ritualları həyata keçiriblər.

İngiltərənin cənub-qərbindəki Çeddar Corc vadisində yerləşən mağaralardan tapılan insan qalıqlarında isə gəmirilmiş və sofistik qəssablıq üsullarından istifadə etməklə bəzədilmiş sümüklər tapılıb.

1980-ci illərdə tapılan sümüklərin 3 yaşlı uşaq, 2 yeniyetmə və 2 orta yaşlı insana aid olduğu təsbit edilib. Araşdırmalar zamanı onların insanlar tərəfindən istismar edildiyi ortaya çıxıb. Sümüklər üzərində aşkar edilən dekorativ ziqzaq cizgilərinin bilərək edildiyi, bunun simvolik bir məna daşıdığı və ya adamyeyənlik ayininin bir parçası olduğu ehtimal edilir.

İngiltərədəki Təbiət Tarixi Muzeyinin nümayəndəsi Kris Stringer bildirib ki, bəlkə də o dövr insanları həqiqətən ac olduqları üçün bir-birilərini yeyiblər. Yaxud da düşmənlərini yesələr, onlarda olan cəsarətin öz bədənlərinə keçməsinə inanıblar.

Lakin alimlər sümüklər üzərində aşkar edilən zorakılıq və cizgilərin şüurlu şəkildə edildiyini bildirib. Bununla da qədim britaniyalıların adamyeyən olması faktı təsdiqini tapıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm