Türkiyə prezidenti Cövdət Sunayın Azərbaycan səfəri - NADİR GÖRÜNTÜLƏR - VİDEO
Bizi izləyin

Tarix

Türkiyə prezidenti Cövdət Sunayın Azərbaycan səfəri - NADİR GÖRÜNTÜLƏR - VİDEO

Türkiyə prezidenti Cövdət Sunayın Bakıya 1969-cu ilin 18 noyabr tarixində gerçəkləşən səfərinin görüntüləri yayılıb.

Prezidentin həmin dövrdə SSRİ-nin tərkibində olan Azərbaycana səfəri SSRİ Ali Soveti Rəyasət heyətinin dəvəti əsasında baş tutub.

Cövdət Sunayın dostluq səfərində Türkiyənin xarici işlər naziri İ.S.Çağlayangil və Türkiyənin SSRİ-dəki səfiri F.Bayramoğlu da iştirak edib.

Türkiyənin dövlət başçısını hava limanında Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri M.Ə.İsgəndərov, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ə.H.Əlixanov, onun müavini, nazir heyəti, o cümlədən, şəhər əhalisi və mətbuat nümayəndələri qarşılayıb.

Həmin görüntüləri təqdim edirik:

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm