Azərbaycanın ABŞ-dan qüdrətli olduğu vaxtlar - NADİR KADRLAR - VİDEO
Bizi izləyin

Tarix

Azərbaycanın ABŞ-dan qüdrətli olduğu vaxtlar - NADİR KADRLAR - VİDEO

Bakı avqust,1945-ci il. İkinci Dünya Müharibəsindən sonra 11-ci qızıl ordu vətənə qayıdır. Onların sevinci də, kədəri də eyni anda yaşanır. Qələbə sevinci ilə yanaşı, onları üzən, kədərləndirən isə əsgər yoladaşlarını müharibədə itirməkləridir. Heç vaxt canları əvəzinə qazandıqları qələbəni qeyd edə bilməyəcək, ailələrini, övladlarını bir də heç vaxt görə bilməyəcəklər.

Müharibə əsnasında əsas məqsədlərdən biri də neftlə zəngin olan Bakını işğal etmək, əldə saxlamaq idi. Savaş başlar-başlamaz nəinki nasist Almaniyası, eləcə də ingilislər, fransızlar, o vaxt “böyük qardaş” sayılan Moskva da bu amala xidmət edirdi.

1939-cu il avqust ayının sonlarında Qərbdə yavaş-yavaş “qara buludlar” yaranmağa başlayırdı. SSRİ ilə Almaniya arasında bağlanan gizli sazişə əsasən heç bir tərəf digərinə hücum edə bilməzdi. Buna görə əhali narahatlığa əsas görmürdü. Müharibənin ilk addımları hiss edilsə də, heç kimin ağlına gəlməzdi ki, Almaniya sazişi pozacaq və xəbərdarlıq belə etmədən SSRİ-yə hücum edəcək. Sürətlə hərəkət edən qoşunların bir qolu da Bakıya doğru irəliləyəcək.

Sovet İttifaqı dövründə Bakı industrial, mədəni, ziyalılar yetişdirən şəhərlərdən biri idi. Bakıda yaradıcı insanlara yüksək qiymət verilirdi. Əhalinin həyatsevərliyi, şəhərdə fəaliyyət göstərən kinoteatrlar, müxtəlif mədəniyyət və əyləncə mərkəzləri Bakıya "ikinci Paris" adını qazandırmışdı. Bakını “Qafqazın Parisi” adlandırırdılar. Həmin bu “Qafqazın Parisi” özünün yer səthindəki 400 min km-lik sahəyə malik qara qızıl ehtiyaları ilə bütün dünyanın siyasi və iqtisadi durumunu idarə edəcək qüdrətə malik idi.

Həmin dövrdə ən zəngin yataqları olan ABŞ belə neft hasilatında Azərbaycandan çox gerdiə qalır. Bakı bütün dünyada istehsal olunan neftin 71%-ni verirdi.

Təqdim edəcəyimiz bu görüntülərdə həmin dövrə aid nadir kadrlar yer alıb. Bu videonu izlədikcə heç yerdə rast gəlmədiyiniz faktlarla qarşılaşacaqsınız.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm