Tualetdə tanış olub, bunu edirdilər - İNANMAYACAQSINIZ
Bizi izləyin

Tarix

Tualetdə tanış olub, bunu edirdilər - İNANMAYACAQSINIZ

Yəqin ki, çoxumuz Qədim Romanın qüsursuz kanalizasiya sistemi haqda heç nə eşitməmişik. Bu sistem öz mükəmməliyilə dövrünü çox geridə qoyurdu.

Publika.az bildirir ki, Qədim Romanın tualet sistemi bu baxımdan daha çox diqqətçəkən və qəribədir. Məlum olub ki, Romada ayaq yolları bir növ toplantı məkanları vəzifəsini yerinə yetirirdi. Burada insanlar bir-birilə tanış olur, son yenilikləri müzakirə edir və eyni anda təbii ehtiyaclarını ödəyərdilər.

Tualetlərdə adətən uzun dairəvi oturacaqlar olurdu. Arakəsmələr olmadığına görə insanlar birgə oturub rahat söhbətləşə bilirdilər.

Romada ayaqyolları mədəniyyət mərkəzlərinə tay tutulurdu. Bu məkanların divarlarını dəyərli heykəllər bəzəyirdi. Romanın tualetləri ödənişli olduğuna görə kasıblar bu məkanda zaman keçirə bilmirdilər.

Eramızın IV əsrində Romada artıq 144 ictimai ayaqyolu vardı. Şəhərin əhalisinə nəzərən bu rəqəm müasir dövrlə müqaisə olunmayacaq qədər böyük idi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm