Tarix
Səfəvilər istifadə etdiyi SİKKƏLƏR TAPILDI - FOTO
AMEA Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib.
AMEA-dan Publika.az-a verilən məlumata görə, dəfinəyə daxil olan numizmatik sikkələr bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib.
Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, tarix elmləri doktoru Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub.
Ə.Rəcəbli qeyd edib ki, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində “Ya sahibi-zaman”, “Ya Kərim” sözləri həkk olunub.
Muzeyin numizmatik kolleksiyasına daxil olan bu qiymətli metallar mühüm tarixi əhəmiyyət kəsb edir.
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...
-
Avropa09:18
Xanım jurnalist həbs edildi - FOTO