Dövlətlərdə ağlasığmaz VERGİLƏR: sidik, sabun, saqqal və... - FOTO
Bizi izləyin

Tarix

Dövlətlərdə ağlasığmaz VERGİLƏR: sidik, sabun, saqqal və... - FOTO

Bütün dövlərdə hakimiyyət nümayəndələri xəzinəni doldurmaq üçün olduqca ixtiraçı idilər. Bəzən elə absurd vergi yığımı olurdu ki, müasir insan heyrətlənməyə bilməz. Sabundan istifadə üçün vergi, ictimai tualetlərdən istifadə üçün vergi, hətta örtülmüş sinə üçün də vergilər olub.

Tarixin daha qəribə rüsumlar və vergi yığımları haqda Publika.az-ın aşağıdakı icmalında.

SAQQAL VERGİSİ

Məlum olduğu kimi, I Pyotr Avropaya “pəncərə açıb”. Reformator-hökmdar hesab edirdi ki, rusların saxladığı uzun saqqallar avropalı siması ilə heç cür uyğun gəlmir. Kim ki, saqqalı qırxmaqdan imtina edirdi, ona xüsusi vergi qoyulurdu. Tacirlər icazə üçün ildə 60 rubl ödəyirdilər. Kəndlilər isə yalnız şəhərə gələndə 1 qəpik ödəniş edirdilər. Vergini ödəyənlərə saqqal və bığ şəkli həkk olunmuş jeton verilirdi. Jetonun üzərində "Pul götürüldü!" yazılırdı.

Yeri gəlmişkən, I Pyotr müvafiq vergini tətbiq edən ilk dövlət başçısı deyildi. 1535-ci ildə ingilis kralı VIII Henrix də saqqallı kişiləri vergiyə cəlb etmişdi. Orada qayda belə idi ki, əgər 2 həftədən daha artıq vaxt saqqalı qırxmırdılarsa, o zaman saqqal vergisi ödəməli idilər.

SİDİK VERGİSİ

Qəribə olsa da, Qədim Romada insan sidiyi kifayət qədər qiymətli məhlul sayılırdı. Onun tərkibinə daxil olan ammonyak, hansı ki, hava ilə təmasda azad olur, dişlərin təmizlənməsi üçün əla vasitə sayılırdı. Bundan əlavə dərinin aşılanması, yunun və kətanın ağardılması işində də geniş istifadə olunurdu.

74-cü ildə Romada ictimai tualetlər fəal istifadə olunan zaman, imperator ata Vespasian sidik yığanlara qarşı vergi tətbiq etdi. Onun oğlu Tit Flaviy Vespasian atasının bu vasitə ilə xəzinəni doldurmasına hiddətlənərək ona qarşı çıxmağa çalışdı. Bu zaman qoca imperator pulu ona uzadaraq iyləməsini xahiş etdi: "Pecunia non olet", - buradan kobud və məşhur "Puldan iy gəlmir" ifadəsi yarandı.

SABUN VERGİSİ

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İngiltərədə XVII əsrdə sabuna vergi qoyulmuşdu. Dini puritan Oliver Kromvel hesab edirdi ki, insanların ictimai hamamlarda çılpaq bədənlərini nümayiş etdirmələri iblisin fitnələridir. Bu zaman sabun almaq istəyənlər onun üçün yüksək qiymət ödəməli idilər, çünki sabun bişirənlər böyük vergilərə məruz qalırdılar. Təbii ki, kasıblar onu əldə etməkdə çətinlik çəkirdilər, aristokratlar isə tər və başqa pis qoxuları dəf etmək üçün parfyumdan istifadəni daha rentabelli hesab edirdilər.

Sabuna vergini yalnız XIX əsrdə ləğv etdilər. Bu zaman xəzinənin kansleri bəyan etdi: "Təmiz xalq – xoşbəxt xalqdır".

ÖRTÜLMÜŞ SİNƏ VERGİSİ

Hindistanın cənub-qərbində, Travankor knyazlığında XIX əsrin əvvəllərində əhalinin aşağı təbəqəsinin qadınları üçün sinə örtmə vergisi - "mulokkaram" tətbiq olunmuşdu. Açıq sinə yüksək kastaların nümayəndələrini ehtiraslandırmalı idi. Kim ki, parçayla və ya boyunbağılarla sinəsini örtməyə çalışırdı, onlar vergi ödəməli idilər.

1803-cü ildə Nanqeli adlı qadın belə qaydalara tabe olmaqdan imtina etdi. Vergiyığan onun evinə növbəti vergini almaq üçün gələndə, o, etiraz əlaməti olaraq sinəsini kəsir və vergiyığana verir. Müfəttif qan fışqıran hadisə yerindən qorxu içində qaçır, qadın isə evdə qan axmadan ölür. Nanqelinin dəfni zamanı dəhşətli hadisəyə dözməyən əri özünü həyat yoldaşının meyitinin yandırıldığı tonqalın içinə atır. Bu hadisələr güclü ictimai rezonans doğurur və tezliklə absurd vergi ləğv edilir.

Hazırda Trivandram şəhərində şücaətli xanım Nanqelinin heykəli var.

ÇİNLİLƏR ÜÇÜN “ADAMBAŞI” VERGİSİ

1885-1923-cü ilərdə Kanadada çinlilər üçün “adambaşı” vergisi tətbiq edilib. Ölkə hakimiyyəti bu formada Çin immiqrantlarının girişinə mane olmağa çalışırdı. Qeyd etməyə dəyər ki, başqa heç bir etnik qrup bu cür vergilərə məcbur edilmirdi. 1885-ci ildə çinlilər Kanadaya giriş üçün 50 dollar ödəməli idilər və 1903-cü ildə bu rəqəm pik həddinə - 500 dollara qədər artdı. Bundan başqa, çinli gəlmələr gündə ən çox 1 dollar qazanmaq hüququna malik idilər.

PƏNCƏRƏ VERGİSİ

İngiltərədə XVII əsrin sonunda xəzinəni doldurmaq üçün daha bir unikal vergi üsulu tapdılar – pəncərələrə vergi tətbiq edildi. Şüşə oyuqlar cah-calal əlaməti hesab edilirdi, çünki o vaxtlar bu material çox bahalı sayılırdı. 10 pəncərəsi olan evlərin sahibləri bir qədər az, 15-dən çox pəncərəsi olan evlərin sahibləri isə böyük məbləğdə vergi ödəyirdilər. İş o yerə çatdı ki, ingilislər pəncərə oyuqlarını kərpiclə bağlayırdılar. Həkimlər həyəcan siqnalı verirdilər, çünki günəş işığı olmadan, otaqları nəmişlik bürüyürdü. Bu isə, öz növbəsində, yoluxucu xəstəliklərin yayılması üçün şərait yaradırdı. Pəncərələrə vergi yalnız 1851-ci ildə ləğv edildi.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm