Müqəddəs Nikolayın məzarı Türkiyədə tapıldı - - FOTOLAR
Bizi izləyin

Tarix

Müqəddəs Nikolayın məzarı Türkiyədə tapıldı - - FOTOLAR

Türkiyəli arxeoloqlar ölkənin cənub istiqamətində yerləşən Dəmrə bölgəsində dünyanın Santa-Klaus kimi tanıdığı Nikolayın qalıqlarını aşkarlayıb.

Publika.az "Lenta.ru"-ya istinadən xəbər verir ki, bölgədə yerləşən Müqəddəs Nikolay kilsəsinın döşəməsinin altından insan qalılqları olan tabut tapılıb.

Alimlərin sözlərinə görə, əksər tarixçilər Müqəddəs Nikolayın bizim eramızın 343-cü ilində Türkiyənin Dəmrə bölgəsində dəfn olunduğunu desə də, 21-ci əsrdə onun qalıqları qeyri-qanuni yollarla İtaliyanın Bari şəhərinə aparılıb.

Mənbələrdə o da qeyd olunub ki, bu ilin may ayında onun cəsədinin qalıqları Balidən Moskvaya Müqəddəs İsa məbədinə gətirilib. Hətta bu məlumatı eşidən 1,5 milyon insan onun qalıqlarını görmək üçün məbədə axın edib.

Türk alimləri iddia edir ki, Müqəddəs Nikolay kimi təqdim edilən və ordan-ora aparılan qalıqlar başqa bir keşişə məxsusdur. Nikolayın qalıqları isə hələ də Türkiyədədir. 75 yaşında vəfat edən, uşaqlara olan sevgisi ilə sonradan Santa Klaus kimi yaddaşlarda qalan Nikolayın tabutu elektromaqnit radarların köməyi ilə döşəmənin dərinliklərində aşkarlanmışdı.

İddialar sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm