Yeddi saatlıq nüvə müharibəsinə HAZIRLIQ və "RAYAN" - Reyqanın sirləri NECƏ OĞURLANIRDI?
Bizi izləyin

Tarix

Yeddi saatlıq nüvə müharibəsinə HAZIRLIQ və "RAYAN" - Reyqanın sirləri NECƏ OĞURLANIRDI?

Nəhayət, sovet rəhbərliyi “Ştazi” şərqi alman xüsusi xidmət orqanından siqnal aldı.

34 il əvvəl - 1983-cü ilin noyabrında dünya nüvə müharibəsinin bir addımlığına gəlmişdi. Sovet rəhbərliyi öz sərhədlərində NATO-nun genişmiqyaslı təlimlərini təcavüz aktı kimi qəbul edərək önləyici nüvə zərbəsini vurmağa hazır idi. Bir səhv hərəkət, istənilən təsadüfi hadisə qlobal faciəyə gətirib çıxara bilərdi. Karib böhranından fərqli olaraq, bu tarixi nadir hallarda yada salırlar.

La-Manşa doğru

3 noyabr gecəsi rus qoşunları Finlandiyanın sərhədini keçdi. Növbəti gün Şimal donanmasının dəniz piyada qoşunu Norveçə çıxmağa başladı. Ruslar Afinanın küçələri ilə addımlayırdılar. Bütün Avropa tüstüyə bürünmüşdü. NATO-nun anbarları və aerodromlarında qəfil zərbə ilə məhv edilmiş ittifaq təyyarələri yanırdı. Müharibənin birinci günlərinin döyüşlərində NATO-nun sərhəd diviziyaları məhv edildi.

Yeni hissələr tank armadalarının irəliləyişini dayandırmağı bacardı. Ruslar qrafikdən çıxmağa başladılar. Moskvadan əmr verildi: qaz silahını tətbiq etmək. Yaxınlaşmış rus qüvvələri nəhayət müqaviməti sındıraraq Fransanın sərhədinə çıxdılar. La-Manşa çox az qalırdı. NATO-nun rəhbərliyi nüvə silahının məhdudlaşdırılmış tətbiqini icazə vermək xahişiylə ittifaq ölkələrinin liderlərinə müraciət etdi.

Rusları başqa cür dayandırmaq başqa mümkün deyildi, siyasətçilər nüvə zərbəsinə “hə” dedilər. Noyabrın 9-da Kiyev nüvə xarabalığına çevrilmişdi, amma sovet tanklarının hücumu davam edirdi. Bundan sonra Vaşinqtondan əmr gəldi: var gücü ilə vurmaq. Noyabrın 11-də atom apokalipsisi başlandı.

Hər şey Balkanlarda başlanacaq

Beləliklə, “Able Archer-83” təlimlərinin gedişatında nüvə müharibəsinə gətirən münaqişənin eskalasiyası halında ittifaqın hərəkətləri yerinə yetirilirdi. Təlimlər zamanı ilk dəfə əlaqənin yeni unikal kodlarından istifadə edilmiş, nüvə silahından istifadə etməyə imkan verən maksimal döyüş hazırlığı rejimi (DEFCON 1) yerinə yetirilmişdi.

SSRİ-nin rəhbərliyinin bəzi üzvləri təlimləri Sovet İttifaqına önləyici nüvə zərbəsinə hazırlıq kimi qəbul etdilər. SSRİ cavab ölçüləri kimi öz strateji raket təyinatlı qüvvələrini bir nömrəli hazırlıq vəziyyətinə gətirib çıxardı və Almaniya Demokratik Respublikası ilə Polşaya SSRİ Hərbi Hava Qüvvələrinin əlavə təyyarələri göndərildi.

Bir sıra tarixçilər qeyd edirlər ki, dünya Karib böhranından (1962-ci il) sonra ilk dəfə nüvə müharibəsinin kandarında dururdu.

“Able Archer-83”ün ştab təlimləri “Autumn Forge” genişmiqyaslı təlimlərin yekun hissəsi idi. Təlimlərdə Avropada müharibənin bütün aspektləri, ilk növbədə Amerika generalları ilə Avropa müttəfiqlərinin qarşılıqlı təsiri yerinə yetirilirdi. Təlimlər hər il keçirilirdi. Amma 1983-cü ildə blokun rəhbərliyi təlimləri maksimun reallığa yaxın keçirməyə qərar verdi.

Problem onda idi ki, bunun üçün uğursuz vaxt seçilmişdi.

1983-cü sentyabrın 1-də pilot Gennadi Osipoviç Saxalin aerodromundan Su-15 qırıcını qaldırır. O, radarlarda Amerikanın casus təyyarəsi kimi görünən və SSRİ-nin hava məkanını pozan RC-135-i yaxalamalı idi. Uçuşdan 22 dəqiqə sonra Osipoviş xəbərdarlıq atəşi açır. Lakin Amerika təyyarəsi istiqamətini dəyişmir və yerdən gələn əmrdən sonra iki raket buraxır. Amma yalnız yerə enəndən sonra pilot anlayır ki, RC-135-i vurmayıb. O, Cənubi Koreya aviaşirkətinə məxsus “Boeing 747” sərnişin təyyarəsini vurmuşdu. Onun içində olan amerikalı konqresmen Larri Makdonald da daxil olmaqla 269 nəfər həlak olur.

Bir həftə boyunca SSRİ “Boeing”in məhv edilməsi faktını inadla inkar edirdi. Yalnız sentyabrın 9-da etiraf edir. Eyni zamanda iddia etməyə davam edirdi ki, təyyarə qəsdən kəşfiyyat hədəfləri üçün istiqamətini dəyişmişdi.

Eyni zamanda Amerika təbliğatı bütün gücü ilə işə düşdü. Prezident Ronald Reyqan Moskvanı “insanlığa qarşı barbarlıqda və amansız cinayət”də ittiham etdi. Bütün dünyada antisovet nümayişləri keçirildi. Sonradan məlum oldu ki, Pentaqonda təyyarənin səhvən vurulduğunu əla bilirdilər. Amma SSRİ-dən qatillərin təhvil verilməsi tələb olunurdu.

Yeddi saatlıq nüvə müharibəsi

“Boeing”in vurulması münaqişənin səbəblərdən biri idi. Belə səbəbləri son illər boyunca Vaşinqton və Moskvada siyasətçilər və hərbçilər yaradırdılar. 1981-ci ildə prezident Reyqan SSRİ-yə qarşı “psixoloji əməliyyatlar” haqqında əmr verdi. Amerika təyyarələri və gəmiləri təhlükəli oyunlara başladı: məsələn, bombardmançıların eskadrilyası sovet sərhədinə yaxınlaşır və yalnız son anda geri qayıdırdı. Əlbəttə, bütün bunlar sovet hərbçilərində əsəbilik yaradır və “Boeing” qəzasına oxşar hadisələri qaçılmaz edirdi.

Moskva və Vaşinqton böyük müharibədə rəqibi dağıtmaq hazırlığı üzrə təlimlər keçirirdilər. SSRİ-nin “Qalxan-82” manevrləri o qədər genişmiqyaslı idi ki, qərb qərargahlarında “yeddi saatlıq nüvə müharibəsi” qeyri-rəsmi adını aldı. Qarşıdurmanın piki 1983-cü ildə - Reyqanın “Qalxan-82”nin təəssüratı altında SSRİ-ni “şərin imperiyası” adlandırması və onun beynəlxalq təcridinə çağırış etməsindən sonra qeydə alındı. Daha sonra “Strateji müdafiə təşəbbüsü” proqramı elan edildi.

1983-cü ilin yazında NATO dənizçiləri “FleetEx'83-1” adını almış böyük hərbi dəniz təlimlərini keçirdilər: 40 gəmi və 300 təyyarədən ibarət armada Sakit okeanın şimal sularında toplanmışdı. “Psixoloji əməliyyatlar”ın reallığa çevrilmə təhlükəsi artırdı. Təlimlər zamanı NATO pilotları Kuril adaları üzərində uçurdular. Cavabında isə sovet Hərbi Hava Qüvvələri Aleut adaları üzərində Amerika hava məkanını pozdu. Sentyabrın 26-da SSRİ-min raket hücumu haqqında xəbərdarlıq sistemi səhvən işlədi, amma operativ növbətçi polkovnik Petrov nasazlığı vaxtında müəyyən etməyi bacardı.

Diqqətlə baxın

Amerikalıların qəfil hücumuna imkan verməmək üçün 1981-ci ildə - Reyqanın seçilməsindən dərhal sonra Siyasi Büro sülh vaxtının ən böyük kəşfiyyat əməliyyatına səlahiyyət verdi. Əməliyyat “RAYAN” kod adını aldı. Əməliyyata Dövlət Təhlükəsizliyi Komitəsinin Birinci baş idarəsinin və Müdafiə Nazirliyinin Baş qərargahına bağlı Baş Kəşfiyyat İdarəsinin (QRU) mütəxəssisləri cəlb olunmuşdu. Toplam olaraq “RAYAN” proqramında hər iki xidmətin 300-dən çox əməkdaşı iştirak edirdi. Onlardan ABŞ-da nüvə müharibəsinə hazırlığı açıq-aydın və ya qismən göstərən hərəkətlərin müəyyən edilməsi istənilirdi. Məsələn, proqrama cəlb olunan şəxslər dövlət arxivlərinin daşınması və “qırmızı düyməyə” girişə malik olan insanların gündəlik marşrutlarında mümkün dəyişiklikləri izləməli idi. Bu işə tədricən Almaniya Demokratik Respublikası və Çexoslovakiyadan olan kəşfiyyatçıları da daxil etdilər.

Əlbəttə, Kremldə yalnız xarici müşahidəyə güvənmirdilər. Dövlət Təhlükəsizliyi Komitəsi və QRU-nun Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Ağ Evdə öz adamları var idi. Məsələn, MKİ-dən informasiyanı Karel Kyoxer verirdi. Çexoslovakiyalı agent Moskvanı Reyqanın yeni təşəbbüsləri haqqında məlumatlarla yaxşı təchiz etmiş ən müvəffəqiyyətli sovet agentlərindən biri idi. Agentlərin topladığı informasiya göstərirdi ki, amerikalılar tammiqyaslı müharibənin başlanacağı halda üç ay ərzində qətiyyətli qələbə qazanmağı nəzərə alaraq nüvə konsepsiyasını təkrar gözdən keçirmək barədə ciddi qərar veriblər.

“1941-ci il təkrarlanmayacaq”

“Yaxşı yadda saxla: biz gözləməyəcəyik ki, 1941-ci ildə olduğu kimi bizə hücum etsinlər. Biz buna məcbud olsaq və NATO-nun nüvə hücumunun ilkin əlamətlərini aşkar etsək, biz hücuma başlayacağıq. Bunu cavab zərbəsi adlandırmaqda haqlıyıq. Buna görə də hərbi təlimlərimizdə hücum əməliyyatlarını yerinə yetiririk. Biz onları vuracağıq, lazım olarsa yüz nüvə zərbəsi ilə. Hədəf cəbhə xətti boyu 100 kilometr dərinlikdə NATO-nun dərin eşelonlaşdırılmış müdafiəsini sındırmaqdır. Bundan sonra tanklar gedəcək və Qərbi Almaniyaya hücum başlanacaq.

Qoşunlarımız 13-15 gün ərzində Qərbi Almaniya ərazisini tutaraq Danimarka, Hollandiya, Belçika və Fransa sərhədinə çıxmalıdır. Orada qoşunların yenidən qruplaşdırılması həyata keçiriləcək və Avropa hələ də müqavimət göstərərsə, iki zərbə qrupu ilə əməliyyatın ikinci mərhələsi başlanacaq. Biri Normandiya istiqamətində zərbə vuracaq, digəri İspaniya sərhədinə çıxacaq. Fransanın müharibədən çıxarılması üzrə əməliyyat 30-35 günə aparılacaq”.

Baş qərargahın o vaxtkı rəhbəri marşal Nikolay Oqarkov tərəfindən diplomat Oleq Qrinevskiyə deyilmiş bu sözlər sovet generallarının nə düşündüyünü mümkün qədər yaxşı göstərirdi: heç bir halda sərhəd yaxınlığında dağıntılara imkan verməmək və lazım olacağı halda, önləyici zərbəni vurmaq.

ABŞ və onların müttəfiqləri də müharibəyə hazırlaşırdılar. NATO-nun bütün tədbirləri əvvəlki təlimlərə oxşamırdı. Kəşfiyyat bildirirdi ki, ittifaqın qərargahları “qaynayır”, nüvə təhlükəsinin səviyyəsi maksimal səviyyəyə qaldırılmışdı.

Eyni zamanda, Almaniya Demokratik Respublikası və Polşada sovet bazalarında təyyarələrə nüvə döyüş sursatlarının verilməsi başlanmışdı. Patrul və kəşfiyyatçılardan başqa, hərbi təyyarələrin bütün uçuşları qadağan edilmişdi, təyyarələr aerodromlarda uçuşa hazır vəziyyətdə saxlanılırdı. Təxminən 70 “Pioner” raketi yüksək hazırlıq vəziyyətinə gətirilmişdi, sovet sualtı raket daşıyıcıları Moskvadan veriləcək əmri yerinə yetirməyə hazır idi. Dünya müharibə həddində dayanmışdı.

Nəhayət, sovet rəhbərliyi “Ştazi” şərqi alman xüsusi xidmət orqanından siqnal aldı. Almaniya Federativ Respublikasının sakini, Almaniya Demokratik Respublikasının “Topaz” adlı agenti bildirdi ki, “Able Archer-83” sadəcə təlimlərdi, nüvə hücumu planlaşdırılmır.

Nəhayət, noyabrın 11-də təlimlər başa çatdı. Heç bir hücum olmadı. Nüvə müharibəsinin kabusu arxada qaldı.

Dəyişikliklərin vaxtı idi

“Able Archer-83”dən sonra dünya artıq başqa dünya idi. ABŞ sovet ölkələrinin sərhədlərində daha belə miqyaslı təlimlər keçirmirdi. Britaniyanın baş naziri Marqaret Tetçer Reyqana məktub yazaraq bundan sonra belə eskalasiyalara imkan verməməyi və nüvə silahının təqlid edildiyi təlimlər keçiriləcəyi halda SSRİ-ni xəbərdar etməyi tələb etdi.

Düz iki il sonra ABŞ və SSRİ-nin liderləri- Ronald Reyqan və Mixail Qorbaçov Cenevrədə SSRİ-ABŞ sammitində görüşdülər. Beş il sonra isə “soyuq müharibə” bitdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm