Tarix
Məhəmməd Əmin Rəsulzadənin xanımının məzarı tapıldı - – FOTOFAKT
Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) məzarı tapılıb.
Publika.az xəbər verir ki, bu barədə sosial media hesabında Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı məlumat verib:
"Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, əmisi oğlu Məhəmməd Əli Rəsulzadənin və Abbasqulu Kazımzadənin məzarını tapmaqda yardım istədi. Daha əvvəl maraqlanmışdım və mənə Vanda xanımın "Əsri" məzarlığının xristian bölməsində dəfn edildiyini və zamanın qanunlarına görə kimsəsiz olduğuna görə məzarın yerinin belə bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı.
Bu gün Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidiylə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onlara zəng etmişdi. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada söhbət edərkən Zeynep xanıma Rəsulzadənin xanımının “Əsri” məzarlığında olduğunu, amma tapılmadığını dedim. O isə “Biz onu tapmışıq” – deyə cavab verdi. Həyəcandan az qala nəfəsim kəsiləcəkdi. Onlar bildirdi ki, bizdən dəfələrlə soruşmuşdular, ancaq tapılmamışdı. Sonradan bizə məlum oldu. Onda da məlumat verə bilməmişdik. Məlum oldu ki, adı dəftərdə Vanda deyil, Leyla Rəsulzadə kimi qeyd olunub".
Məzarın yerini soruşdum, “504 ada 55 parsel” dedi. Məzara getdik, başdaşı yox idi, sınıb. Üzərində Leyla xanıma aid olduğunu göstərən heç nə yoxdur. Lakin tarixi qeydlərə əsasən həmin qəbrin başqasına aid olma ehtimalı yoxdur”.
Qeyd edək ki, məzar dünən, yəni 21 noyabr tarixində tapılıb.
Pərviz Hüseyn
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı