Ermənilərin türk ordusuna dəhşətli xəyanəti - FOTOLAR
Bizi izləyin

Tarix

Ermənilərin türk ordusuna dəhşətli xəyanəti - FOTOLAR

Koreya savaşında ermənilər ucbatından türk hərbçiləri böyük itkilər veriblər. Həqiqətlər isə müharibədən 59 il sonra üzə çıxıb.

Koreya savaşında türklərin böyük itki verməsinin səbəbi amerikalılara xidmət edən erməni tərcüməçilərin olduğu iddia edildi. Los-Ancelesdə keçirilən bir xatirə tədbirində bu iddia səsləndirilib. Tədbirdə səslənən iddia nəticəsində illər sonra Koreyada ən ön cərgələrdə savaşan türk ordusunun az qala hamısının necə şəhid olduğu məlum olub. Tədbirdə Los-Ancelesdə yaşayan Koreya savaşında iştirak edən polkovniklər də iştirak edib. Onlar bildiriblər ki, türklərin itki verməsinə səbəb erməni tərcüməçiləri olub.

Koreya savaşının iştirakçıları bildiriblər ki, gülləsi qurtaran türk əsgərləri qılınc və süngü, bəzən isə yumruqla çinli əsgərlərin üzərinə hücuma keçiblər. Bununla da türklər mühasirəni yarmağı bacarıblar. Türk əsgərləri ingilis və Koreya dilini bilmədikləri üçün Amerika ordusu türk dilində danışan erməni tərcüməçilərin xidmətindən istifadə edib. Türk ordusunu Koreyaya aparan gəmidə işləyən, Los-Anceles sakini, təqaüddə olan mayor Vedat Aslay bildirir ki, ermənilər türklərə səhv məlumatlar veriblər və bu səhv məlumat türklərin böyük itki verməsi ilə nəticələnib.

İllər sonra üzə çıxan həqiqəti Koreya savaşının iştirakçısı, polkovnik Kvang J.Janq da təsdiqləyib. Polkovnik bildirib ki, Kaeçon müdafiəsində türklərin yanındakı Koreya hərbi birləşmələrinin komandiri olub və türk hərbçilərinin necə savaşdığının şahidi olub. Erməni tərcüməçilərinin alçaqlığı isə belə olub:

Koreya savaşının başa çatdığını düşünən Amerika ordusu Milad bayramına çatmaq üçün geri çəkilməyə başlayır. Amma Çin ordusu 500 min nəfərlik ordu ilə hücuma keçir. Amerika hərbçiləri geri çəkiləndə erməni tərcüməçilər bunu türklərə xəbər vermirlər. Türklər isə 5 min nəfərlə 500 minlik Çin ordusunun qarşısını kəsir. Mühasirəyə alınsalar da, 2400 nəfər əsgər mühasirəni yara bilir. 256 nəfər əsir düşür. Çinlilər əsir türklərə kommunizm təlimi keçmək istəsələr də, uğur qazana bilmirlər. Bir müddət sonra isə beynəlxalq müqavilələrə əsasən, əsirlər sərbəst buraxılır.

Los Ancelesdə fəaliyyət göstərən Koreya qaziləri dərnəyinin sədri və Koreya qazisi Hae Sunq Kimin xatirələri:

“Müharibə əslində pisdir. Amma biz Koreyada savaşdıq. Nəticədə mən və minlərlə insanın bu gün sağ qalmasına səbəb olduq. Əks halda Şimali Koreyalılar bizi məhv edərdilər. Kommunizm altında əzilərdik. Mən türkləri sevirəm. Türkiyəyə səfər etmişəm. Türk insanı istiqanlı və cəsurdur. Koreyaya hər dəfə gedəndə türk şəhidlərini də ziyarət edirəm.

Savaşda türklərin qayda-qanunlarına heyran qalmışdım. Əslində mən öz ölkəm üçün savaşırdım. Amma türklər sırf bizə kömək üçün gəlmişdilər və canlarını verdilər. Yadıma düşəndə gözlərim yaşarır. Türklərə nə qədər təşəkkür etsək də, azdır”. (enter.news)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm