Azıxantrop sümüyünün tapılmasının 50 illiyi keçirilib
Bizi izləyin

Tarix

Azıxantrop sümüyünün tapılmasının 50 illiyi keçirilib

Azıx mağarasından Azıxantropun sümüyünün tapılmasının 50 illiyinə həsr olunmuş “Qafqaz erkən paleolit dövründə insanların miqrasiya yolunda” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Publika.az xəbər verir ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda təşkil olunacaq tədbirin növbəti il noyabrın 5-7-də keçirilməsi nəzərdə tutulur.

Bununla bağlı məsələ Rəyasət Heyətinin bugünkü iclasında müzakirə edilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1968-ci ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən Azıx mağarasından Azıxantropun alt çənə sümüyünün qalığının aşkar olunmasından 50 il keçir.

Onun sözlərinə görə, tədqiqatlar nəticəsində Azıxantropun 400 min il yaşı olduğu təsdiqlənib və elmi dövriyyəyə daxil edilən Quruçay mədəniyyəti elmdə özünün layiqli yerini tutub. Akademik Mingəçevir və Qəbələ rayonları ərazisindən son illər əldə edilmiş artefaktların Quruçay mədəniyyətinin yayılma arealının çox geniş olmasını təsdiqlədiyini və onun tədqiqinin müasir dövrdə də aktual olduğunu deyib. Alim onu da əlavə edib ki, son illər Qarabağda, xüsusən Azıx mağarasında ermənilərin qanunsuz “tədqiqatlar” aparması bir daha bu paleolit düşərgəsinin və oradan əldə olunmuş artefaktların elmi təhlilinin, geniş elmi ictimaiyyətə çatdırılmasının zəruri olduğunu göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm