Tarix
Orta əsrlərin bu vərdişləri SİZİ ŞOKA SALACAQ - İNANILMAZDIR
XIX əsrədək bahalı ətirlərə bürünmüş təmtəraqlı bal libaslarının içərisində yuyunmamış bədənlər gizlənirdi. Antik dövrdə insanın özünə, bədəninə qulluğu mədəniyyətin bir parçası idi. İnsanlar ümumi məkanlarda həftənin müəyyən günləri yuyunurdular.
Publika.az xəbər verir ki, xristianlıqdan sonra isə Avopada ictimai şəkildə yuyunmaq adəti günah adlandırılaraq, qadağan olundu. Çünki Allah insanlara bir-birinin yanında soyunmağa izn vermirdi. XV-XVI əsrlərdə yüksək zümrənin nümayəndələri 3-4 aydan bir xüsusi otaqlarda çimməyə başladılar. XVIII əsrdən sonra isə təəssüf ki, bu adət də keçmişə qovuşdu.
İllər bir-birini əvəz etdikcə gigiyena önə çəkilmək əvəzinə tamamilə imtina edilən vərdişə çevrildi. Mənbələrə görə, “Günəş kralı” ləqəbi ilə tanınan XIV Lüdovik hamam mədəniyyətinə tam qarşı idi. Hətta o, bütün ömrü boyu sadəcə bir neçə dəfə həkim məsləhətilə çimmişdi. Orta əsrlərdə ictimai tualetlər ümumiyyətlə, yox idi. Hətta təsəvvür edin ki, adı dillərə dastan olan, nəhəng Versal sarayında da tualet olmayıb. Yüksək zümrənin insanları təbii ehtiyaclarını xüsusi nökərlərin köməyilə həyata keçirdirdilər. Elə məhz bu zaman ətirləri ixtira etdilər. Bu, kəskin qoxuları ört-basdır edən yeganə vasitə idi. Həmin dövrdə hər kəs təbii ehiyaclarını xüsusi qablarda ödəyirdilər. Qab dolanda isə kanalizasiya sistemi olmadığından onu pəncərədən küçəyə atıb, boşaldırdılar.
Bu dövrdə varlı qadınlar uzun səfərlərə çıxanda qulluqçuları onlar üçün böyük şlyapa götürərdilər. Təsadüfi ehtiyaclar bu şlyapada görülərdi. XIX əsrdən etibarən isə bu antisanitarıya həkimlərin səyi nəticəsində aradan qalxmağa başladı. İnsanlar tez-tez çimməyə məcbur edilirdilər. Dövrün ən məşhur həkimi Blits öz kitabında yazır ki, bəzi insanlar mənimlə görüçənədək ömrü böyu çimməmişdilər.
Leyla Sarabi
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu