“Gənclik” və “20 Yanvar” stansiyalarının memarı haqqında bilmədikləriniz
Bizi izləyin

Tarix

“Gənclik” və “20 Yanvar” stansiyalarının memarı haqqında bilmədikləriniz

AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”sında memar Konstantin Sençixin haqqında məqalə yaradılıb.

Bu barədə Publika.az-a AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib.

O, Bakı metropoliteninin “Gənclik”, “Depo” və “20 Yanvar” stansiyalarının memarı olub.

Sençixin Konstantin İvanoviç 1905-ci ildə Bakı şəhərində dünyaya gəlib ömrünün sonunadək Bakı şəhərində yaşayıb. O, eyni zamanda “Artistlər Evi”nin memarı olub. Bununla bağlı maraqlı tarixçə var. Sençixin onu bu cür xatırlayır: “1938-ci ildə Moskvada Azərbaycan SSR mədəniyyəti dekadası keçirilir. “Koroğlu” operasında əsas rolu Bülbül oynayır. Tamaşaçılar arasında yer alan Stalin operadan sonra deyir: “Bu cür istedadlı artistlər Bakıda yaxşı mənzillərdə yaşamalıdır”. Bundan sonra sovet hökuməti Bakıda artistlər və musiqiçilər üçün yaşayış binasının tikintisinə dərhal 3 milyon rubl vəsait ayırır”.

Onun son işi 20 yanvar metrostansiyası olub. Bu stansiyanın layihəsini o Tokay Məmmədovla birgə hazırlayıb. O vaxt çox xəstə olduğuna görə stansiyanın layihəsini də xəstəxana da işləyirdi. Təəssüflər olsun ki, layihəni sona çatdırsa da stansiyanın açılışna qədər dünyasını dəyişir.

https://az.wikipedia.org/wiki/Konstantin_Sen%C3%A7ixin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm