Kazım Qarabəkir Paşa ilə bağlı VACİB ADDIM
Bizi izləyin

Tarix

Kazım Qarabəkir Paşa ilə bağlı VACİB ADDIM

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin yaxınlaşması ilə əlaqədar “Azərbaycanca Vikipediya”da AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məlumatlar redaktə edilir.

Publika.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən "Azərbaycanca Vikipediya"da Naxçıvanın azad edilməsində əvəzsiz rol oynayan general Kazım Qarabəkir Paşa məqaləsi yaradılıb. Məqalədə Kazım Qarabəkir Paşanın Azərbaycan fəaliyyəti, xüsusilə Naxçıvanın daşnaklardan təmizlənməsində göstərdiyi böyük xidmətlər haqqında geniş məlumatlar verilib.

Qeyd edək ki, Türkiyənin görkəmli hərbi və siyasi xadimi, general, "Alçıtəpə Qəhrəmanı" ləqəbiylə tanınır. Türk Qurtuluş savaşını başladan komandirlər arasında yer alaraq, Şərq Cəbhəsində göstərdiyi uğurlarlar səbəbiylə “İstiqlal” medalı ilə təltif olunub.

https://az.wikipedia.org/wiki/Kaz%C4%B1m_Qarab%C9%99kir#Nax%C3%A7%C4%B1vanda_xatir%C9%99si

Oxumağa davam et
Reklam
Reklam

Gündəm