Uşaqları piylənmədən, xanımları ölümdən qurtaran, ömrü boyu depressiyada olan məşhur
Bizi izləyin

Tarix

Uşaqları piylənmədən, xanımları ölümdən qurtaran, ömrü boyu depressiyada olan məşhur

O, öncə amerikalı uşaqları psixoterapiya vasitəsilə piylənmədən azad etdi. Sonra anoreksiyadan əziyyət çəkən model xanımları ölümdən qurtardı. Bu qədər can qurtaran pediatr Hilda Brux özü isə Xolokost zamanı doğmalarını xilas edə bilmədiyi üçün ömrü boyu depressiyadan çıxa bilmədi.

Publika.az xəbər verir ki, 1934-cü ildə Birləşmiş Ştatlara köçən alman pediatrı Hilda həddən artıq çəkili azyaşlıları görüb, özünü itirir. Bunun səbəbini araşdırmağa başlayan pediatr aşkarlayır ki, əsl səbəb nə Koka-kola nə də uşaqların çox sevdiyi Snikers şokoladlarıdır, artıq yemək və daxili orqanların balansının pozulmasıdır.

Bunun əsas səbəbi isə psixoloji sarsıntıdır. Bruxun müşahidələri göstərmişdi ki, adətən bədbəxt analar körpələrinin probleminin, ağlamasının səbəbini araşdrmaq əvəzinə onları yedirdib, sakitləşdirirlər. Beləcə uşağın gələcəkdə öz problemini, narahatlığını izah edib, bununla mübarizə aparmaqdan məhrum qoyurlar. Bu halda isə yemək bütün prolemlərin həllinə çevrilir. Hilda həmçinin anoreksiya kimi riskli xəstəliyin də əlacını taparaq, dünya şöhrəti qazandı.

<p>FEB. 16, 1967 FILE PHOTO FILE - In this Feb. 16, 1967 file photo, British fashion model Twiggy is pictured at a London Salon where she is presenting the first collection from her line of clothing in England. Twiggy, now 60, will hit HSN, Home Shopping network, with an affordable line of designs and accessories in bold colors and price under $100, Arpil 3, 2010. (AP Photo)</p>

Bəs Hilda Brux kim idi?

Hilda 1904-cü il mart ayının 11-də Almaniyanın Dülken şəhərciyində 7 uşaqlı ailədə doğulub. Uşaqlıqdan bütün dinlərə qarşı neytral yanaşıb, hər sualına cavab axtaran Hilda bütün müəllimlərini məntiqli eyni zamanda cavabsız sualları ilə bezdirirdi. Balaca qızcığaz riyaziyyata çox maraq göstərsə də, həkimlik peşəsini seçməli olur. Məktəbi bitirəndən sonra həkmlik ixtisasına qəbul edilir. Qısa müddət ərzində o öz bacarığı və savadı ilə müəllimlərinin rəğbətini qazandı. İkinci Dünya Müharibəsi illərində yəhudiəsilli Hildanı digər istedadlı yəhudilər kimi acı günlər gözləyirdi. Hitler və onun partiyası hakimiyyətə keçəndən sonra ölkədəki yəhudilərər kəskin münasibət nümayiş etdirirdi. Bu Hildaya da təsirsiz ötüşmədi. İşlədiyi xəstəxananın mehriban kollektivi bir gün içərisində Bruxa ruh kimi yanaşmağa başlayır, on görməzdən gəlirdilər. Qısa zamanda gəmi ilə Nyu Yorka gedir və burada çalışmağa başlayır. Tezliklə anasını və iki qardaşını da Almaniyadan yanına gətirməyə müvəffəq olur. Lakin ömrünün sonunadək müharibənin qurbanına çevrilən digər doğmalarını ölkədən çıxarda bilmədiyi üçün vicdan əzabı çəkir. Psixi pozğunluqdan depresiyaya düşən Hilda intihara cəhd edir. Lakin onu ölümün yaxasından qurtarıb, dispanserə yerləşdirirlər. Xəstəxanadan çıxandan sonra isə artıq kilolu uşaqların müalicəsinə başlayır. Ölkənin varlı iş adamları isə onun bu layihəsinə sərmayə qoyurlar. “Mən gördüm ki, kilolu uşaqların anaları daha əsəbi və narahat insanlardır.Uşaqlarını tez susdurmaq üçün, problemi həll etmək yenirə onlara şirniyyat və yağlı qidalar yedirdirlər. Bu yolverilməzdir” deyə Brux məsələyə aydınlıq gətirirdi.

60-cı illərdə isə arıq modellərin dəbdə olduğu dövrdə Brux anoreksiyadan əziyət çəkən qızlarla çalışmağa başlayır. Özlərini sürətlə arıqladan amerikalı gənc qızlar Bruxun psixoloji yardımı sayəsində həyata dönürdülər.

Bruxun bu müracəti çağdaş dövrlə də səsləşir: “Hər bir kilolu insanın daxilində bir şizofreniya xəstəsi yatır. O bədbəxtliyini az da olsa gizlətmək üçün artıq çəkisindən qurtulmağa can atır. Öz bədəni üzərində ən qəddar istəklrini gerçəkləşdirərək, diktatora çevrilir. Belə insanlar adətən uşaqlıq illərində də valideynlərinin sərt münasibətinə məruz qalanlardır."

Brux bu yolla sürətlə arıqlayan yüzlərlə qızı həyata qaytarır.

Uşaqlara və insanlara dərin məhəbbət bəsləyən Hilda xalqının və doğmalarının yaşadığı müsibətdən sonra ana olmamağa qərar verir. Almanlara dərin nifrət və kin bəsləyən Hilda alman markasından olan maşınını da satır.

Ömrünün son illərində parkenson xəstliyinə düçar olan onlarla fəxri adın və yüzlərləməqalənin müəlllifi Hilda Brux hərəkət belə, edə bilmirdi “Anoreksiyalı qızlarla söhbət” kitabını isə bu dövrdə sakit səslə diktə edərək, kitab halına saldırmışdı.

Hilda Brux 1984-cü ildə gözərini əbədi yumur. Lakin onun qoyub getdiyi müalicə üsulları bugün də dəyərli mənbə kimi istifadə olunur.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm