1993-cü ilin “Fəryad”ını görməyə ürəyi dözməyib ölən Azərbaycan aktyoru - VİDEO
Bizi izləyin

Tarix

1993-cü ilin “Fəryad”ını görməyə ürəyi dözməyib ölən Azərbaycan aktyoru - VİDEO

Bu gün Azərbaycan kinosunun fəryadlı ürəyi Ceyhun Mirzəyevin doğum günüdür.

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Təhsilini Moskvada davam etdirib. Onun 46 illik ömrünün 35 ili kinoya həsr olunub.

Ceyhun Mirzəyev "Görüş" filmində Şıxəlinin oğlu obrazını canlandıranda cəmi 11 yaşı olub. Kino karyerası da elə bu filmdən başlanıb. 12 yaşı olanda məşhur “Ögey ana” filminə dəvət alıb.

C.Mirzəyevin fəaliyyəti kino ilə bitməyib. O, kinostudiyada müxtəlif vəzifələrdə işləyib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib və jurnalın bədii rəhbəri olub.

Onun güclü parodiya etmək qabiliyyəti olub. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Aktyorun son oynadığ film “Fəryad”dır. Onun ürəyi bu filmi ekranlardan izləməyə imkan verməyib. 1993-cu il martın 5-də studiyada çəkiliş vaxtı özünü pis hiss edən aktyor qəfil ürək tutmasından vəfat edib.

“Axırıncı aşırım”, “Bəyin oğrulanması”, “Dəli Kür”, “İstintaq davam edir”, “Yenilməz batalyon”, “Yol əhvalatı” kimi 90-a yaxın məşhur filmdə rol alan aktyor “Fəryad” filmindəki obrazına görə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm