Stalinin arvadının intiharının ŞOK SƏBƏBLƏRİ
Bizi izləyin

Tarix

Stalinin arvadının intiharının ŞOK SƏBƏBLƏRİ

Bəzən düşünürük ki, cəmiyyətdə yüksək zümrəyə sahib olan həyat yoldaşı, milyonların arzuladığı şan-şöhrət, maddi durum qadın üçün xoşbəxtliyin sığortasıdır. Lakin təəssüf ki, təcrübə əksini sübut edir. Acı taleyi, müəmmalı intiharı ilə hələ də haqqında söz-söhbətlər səngiməyən lider xanımlarından biri də İosif Stalinin həyat yoldaşı Nadejda Alliluyevadır.

Publika.az xəbər verir ki, Nadejda 38 yaşlı İosif Stalinlə ailə quranda cəmi 16 yaşı vardı. Birgə yaşadıqları müddətdə davaların da ardı-arası kəsilmək bilmirdi. Nadejda həyat yoldaşını dəlicəsinə qısqanır, aktrisa və müğənni qadınlarla eşq macəralarından şübhələnirdi.

Иосиф СтаÐ

Cütlüyün ən səs-küylü savaşı inqilabın 15 illik yubileyi zamanı Varaşılovun evində baş tutur və Nadejda İosifi tərk edir. 1932-ci il noyabrın 9-da bəxtsiz qadın özünə odlu silahdan atəş açaraq intihar edir.

İndiyədək Nadejda Stalinanın intiharı ilə bağlı üç versiya var. Bəziləri onun uzun illər dəhşətli baş ağrılarından əziyyət çəkdiyini bldirir və ölümün səbəbini də bununla əlaqələndirilər. Digər versiyalar isə qısqanclıq və qəddar ərin işgəncələridir.

Ən dəhşətlisi isə Nadejdaya qarşı süi-qəsd gerçəkləşdiyi haqda bugünədək susmayan şaiələrdir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm