Tarix
Girov düşən qızlarımız, sinəsi dağlanmış əsgərimiz: Keçmiş döyüşçünün SÖHBƏTİ - VİDEO
Vaqif Əlisoy 1954-cü ildə anadan olub. 1976-cı
ildə indiki Azərbaycan Pedoqoji İnstitutunu bitirib. Bir müddət
Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər
Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif
müəllim könüllü olaraq Cəbrayılda yerli özünümüdafiə taboruna
yazılıb. 1992-ci ildə Əsir və Girovların Dəyişdirilməsi üzrə
Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif
Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox
Azərbaycan vətəndaşı erməni əsir və girovluğundan azad olunub.
Keçmiş döyüşçü Vaqif Əlisoyun danışacağı bu əhvalat Xocalıda əsir
düşən və ermənilərin başını kəsməyə hazırlaşdığı Qarabağ
döyüşçüsünün azad edilməsindən bəhs edir. Əslən Göyçay rayonundan
olan Mayıl Məmmədov adlı bu Qarabağ döyüşçüsü hazırda sağdır. Və bu
əhvalatın danışılmasına özü də razılıq verib.
Beləliklə, Modern.az saytı Vaqif Əlisoyun müharibə
dəhşətlərini özündə əks elətdirən söhbətini oxuculara təqdim
edir.
- Danışacağım əhvalatın qəhrəmanı sağdır. Əsirlikdən azad etdiyim
onlarla oğuldan biridir. Bu əməliyyatda istirak etmiş və adlarını
çəkəcəyim döyüşçülərdən də sağ olnlar var və söyləyəcəklərimi hər
biri təsdiqləyə bilər. İstərdim bunları gənc nəsil də bilsin və
unutmasın.
1992-ci ilin mart ayının 15-i idi. Cəbrayıl rayonu ərazisində ön
cəbhədəki “Qusçular” postundan döyüsçulər mənimlə əlaqə saxlayıb,
təcili ora getməyimi xahis etdilər. Onu qeyd edim ki, o zaman biz
Cəbrayıl döyüşçülərinin öz gücü hesabına Dağlıq Qarabağın Hadrut
rayonunun 15 kəndini ermənilərdən azad etmisdik və həmin kəndlər də
bizim əsgərlərin tam nəzarətindəydi.
Kəsfiyyat məlumatları vardı ki, Xocalıdan olan girov qızlar,
qadınlar və əsir əsgərlərin bir qismi Hadrut rayonuna gətirilib. Bu
məlumat bizə çatandan sonra ermənilər hər gün həmin girov qadınları
və bir hərbi əsiri “Armud postu”na çıxarıb uzaqdan əsgərlərimizə
göstərir, bizimkilərin əsəblərilə oynayırdılar. Bəzən də girov
qız-gəlinlərlə alçaq davranışlarının, etdikləri şərəfsiz
hərəkətlərin səs-küyünü ratsiya ilə efirdə yayır (nə demək
istədiyimi yəqin basa düsürsünüz), bizimkiləri qıcıqlandırırdılar.
Dəfələrlə o qızlarla ratsiya vasitəsilə danışmışdım. Mənə nələr
deyirdilər, bunu bütün Cəbrayıl camaatı bilir, çünki
postlarımızdakı ratsiyalar kənd təsərrufatı üçün nəzərdə tutulmuş
aparatlar idi və yayılan danışığı hamı, eyni zamanda hətta
Beyləqanda da eşidirdilər.
”Quşçular” postundan məlumat alan kimi, dərhal ora getdim. Əsgərlər
dedilər ki, Hadrutdan Edik (onunla girovların azadlığı üçün
apardığım danışıqları bütün Cəbrayıl əhli eşidib) səninlə danışmaq
istəyir. Ratsiya vasitasilə əlaqə yaradıldı, danışdıq. Hadrut rayon
özünümüdafiə taborunun qərargah rəisu olan Edik bildirdi ki, 10
dəqiqə sonra “Armud postu”na binokulla baxım. Təxmin etdim nə demək
istəyir. Dönüb əsgərlərə baxdım. Hamısı başını aşağı salmışdı,
hətta hirsindən ağlayanlar da vardı. Basqa əlac yox idi. Binoklu
göturüb 10 dəqiqə sonra “Armud postu”na baxdım. Kaş gözlərim kor
olaydı o mənzərəni gördüyüm yerdə. Hər seyi açıq deyə bilmirəm,
yəqin bunları bızim qadınlar da oxuyacaq. İndi basa düşun ki, bizə
nəyi göstərirdilər.
Burda bir şeyi də qeyd edim, Xocalının qisasını Azərbaycanda ilk
dəfə Cəbrayıl alayı, Gəncə reyd dəstəsi (bu gün erməni girovluğunda
olan Dilqəm Əsgərov da o dəstədə qulluq edirdi), İmislinin “Küdrü
qartalları” batalyonunun əsgərləri Hadrutun Sur kəndini
təmizləməklə artıqlaması ilə aldılar.
Nə isə, qızlardan sonra bir cavan əsgərimizi də postdan bizə
göstərdilər. Əvvəl onun köynəyini qaldırdılar. Sinəsinə basılmış
xaç şəkilli dağı görəndə dəhşətə gəldim. Sonra oğlanı diz
çökdürdülər. Biçağı boğazına dirədilər. Edik ratsiyada dedi ki,
“səninlə komandirimiz Arutunyan danışacaq”. Sakitcə əsəblərimi
cilovlayib dinlədim:
- Hər seyi gördün. Bu əsgər Xocalıda əsir götürülüb. Aprelin 24-də
gözünüzün qabağında başını kəsib sənə göndərəcəyəm. Bir də burdakı
qızlardan narahat olma, özün də gördün ki, bizim üsaqlar onlari
darıxmağa qoymurlar.
Rabitə kəsildi. Bilmirdim nə edim. Əllərim əsirdi. Birdən Əli adli
əsgər üzünü postdakı hərbçilərəmizə tutub qışqıra-qışqıra dedi;
- Ə, aramızda kişi var? Hər gün bunu bizə göstərirlər. Nə qədər
dözmək olar? Allah bizə niyə ölüm vermir. Sizi bilmirəm, o qızların
intiqami alınmayınca, hərbi intizami pozsam da, bunu başımda
gəzdirməyəcəyəm. Bunu deyib başındakı əsgər papağını yerə çırpdı
(Əli sonralar ermənilərin Sur kəndinə birinci girənlərdən oldu və
şəhidliyə ucaldı. Məkanı cənnət olsun!).
Əsgərlərin üzünə baxa bilmirdim. Onların əksəriyyətini 1988-ci
ildən, torpaqlarımızı tüfənglə, qoşalülə ilə qorumağa başlayan
gündən tanıyırdım. Bizim alay 72 nəfərin iştirakı ilə yaradılmışdı
və onların çoxu xalq hərəkatından gələnlər idi. Bu gün də onları
hörmətlə xatırlayır, qarşılarında baş əyirəm.
Əsgərlərə bir söz demədən postu tərk etdim. Nə isə etmək lazim idi.
Rayonun polis rəisi Vaqif Məhərrəmovla və alay komandiri mayor
Yusifovla görüsməyi qərara aldım.
Postdan qayıdanda sürücü xəbər verdi ki, rayon mərkəzində rəis
Vaqif Məhərrəmov və alay komandiri mayor Yusifov Polis İdarəsində
məni gözləyir. Təcili ora getdim. Rəisin otağında qanqaraçılıq idi.
Otağa daxil olanda hər ikisinin gözlərinə baxdım. Başlarını asağı
saldılar. Bir müddət heç kəs dinmədi. Sükutu rəis pozdu;
- Danışığını mən də, Yusıfov da esitdik. Deməli kəsfiyyatın
məlumatları doğrudur. Neyləyək?
Özümdən asılı olmayaraq ücadan dedim:
- Sən də danışıqdan bəhs edirsən. Gərək mənə “Armud postun”da
göstərdiklərini siz də görəydiniz, onda bilərdim necə sakit
oturursunuz…
Ermənilərin postunda binokulla gördüklərimi onlara danışdım.
Dəhşətə gəldilər. Yusifov təklif etdi ki, kəsfiyyat gücləndirilsin
və nəyin bahasına olursa-olsun, erməni girovu ələ kecirilsin. Başqa
yol yox idi. Girovlarımızı bu yolla azad edə bilərdik.
Elə ordaca qərara alındı ki, iki istiqamətə kəsfiyyat qrupu
göndərək.
Ermənilərlə danışıqdan 2 gün keçmişdi. Kəsfiyyat qruplarımız iki
istiqamətdə hərəkət edirdi. Mərkəzlə daim əlaqə saxlayırdılar. Hələ
ki deyilən əraziyə çatmamışdılar. Hər iki qrup gündüz dincəlir,
ancaq gecələr hərəkət edirdi. Bizim üsaqlar ərazini yaxsi
tanıyırdılar. İnanırdım ki, əliboş qayıtmayacaqlar.
Növbəti gün növbətşi polis, kapitan Famil Hüseynov zəng edərək,
rəisin təcili məni görmək istədiyini bildirdi. Söbəyə getdim.
Rəisin otağında 50-60 yaşlı saqqalı və orta yaşlı iki nəfər var
idi. Onları tanımadım, ilk dəfəydi görürdum. Rəis:
- Əlisoy, bu adamlar Göycaydan gəliblər. Oğulları Xocalıda əsir
düşüb. Məlumat alıblar ki, oğulları Hadrutda saxlanılır. Yazıqlari
Füzülidə əsl adi Seyid olan "Fantomas" ləqəbli biri aldadıb ki,
filan qədər pul verin, oğlunuzu azad edək. Guya, bu pulu ermənilərə
verəcəkmiş. Ona inanmayıb bura gəliblər.
Rəis bu sözləri deyib qurtarmışdı ki, saqqallı kişi, Həsən dayı
hönkürərək, diz çöküb ayaqlarımı qucaqladı:
- Əlisoy, balami səndən istəyirəm. 6 bacının tək qardaşıdır.
Könüllü gedib cəbhəyə. Ölüm xəbərini esitmisdik. Ancaq 15 gün qabaq
Tiflisdən bizə zəng vuraraq, onun sağ olduğunu və Hadrutda
saxlanıldığını dedilər. Onu da söylədilər ki, aprelin 24-nə kimi 1
milyon rubl (o vaxt sovet pulu idi) verməsəniz, həmin gün başı
kəsiləcək.
Diz cökmüs atanini ayağa qaldirib ağlar gözlərindən öpüb dedim:
- Mən sənə qurban olum, ay ata, döyüşə könüllü gedən belə oğul
böyütmüsən. Sakit ol. Nə mümkunsə , onu edəcəyik. Əgər oğlun
sağdırsa və Hadrutdadırsa , onu və digər girovları azad etmək ücün
nə lazimdırsa, edəcəyik. Oğlunun adı nədir? Son səkli var?
Atanı sakitləsdirib stulda oturtduq. Rəis su gətirməyi tapşırdı.
Ata ilə gələn 35-40 yaslı kişi üzünü mənə tutub dedi:
- Mənim adim Sahibdir. Saratovda prokuror isləyirəm. Əsir götürülən
oğlanın adı Mayıl Məmmədovdur. 6 bacının bir qardaşıdır. Könüllü
gedib cəbhəyə. Xocalıda əsir düsüb. Əvvəl ölüm xəbərini aldıq.
Mənim qaynımdır. Yas da vermişik. Oğul düsmən çəpəridir. Təki Vətən
sağ olsun. Gözləmədiyimiz halda Gürcüstandan zəng gəldi Göycaya -
qaynatamgilə ki, Mayıl sağdır və Hadrutda saxlanılır. Əgər aprelin
24-nə kimi (qondarma erməni soyqırımı günü) 1 milyon rubl (sovet
pulu) gətirməsəniz, həmin gün başı kəsiləcək. Təklif etdilər ki,
Füzuliyə gələk və onlarla əlaqə saxlayaq. Füzüliyə gəldik . Orada
bizi “Fantomas” ləqəbli bir nəfərin yanına göndərdilər ki,
girovlarla o məsğul olur. Bir neçə dəfə əlaqə saxladı. Hiss etdik
ki, bizi aldadır. Orda bir nəfər bizə dedi ki, Cəbrayila-Vaqif
Əlisoyun yanına gedin. Dedi ki, onun oglunu da siz azad etmisiniz.
Sizi tanımırdım. Cəbrayıldan dostum var. Hüquqda dərs deyir. Adi
Rafiq Quluyevdir. Görüsdük . Sizə məktub verib.
Sahib müəllim Rafiq Quliyevin məktubunu mənə verdi. Məktubda Rafiq
müəllim bu adamlara kömək göstərməyi xahis edirdi. Sahib müəllimdən
xahis etdim ki, oğlanın səklini göstərsin. İstəyirdim biləm ki,
oğlan ermənilərin mənə göstərdikləri əsgərdimi, yoxsa yox. Səkilə
baxdım. Həmin əsgər idi. Sarışın oğlan.
Söhbətin bu yerində AXC-nin yerli şöbəsindən olan Fuad Quliyev və
İlqar Salmanoğlu içəri girdilər. Fuadın videokamerası vardı.
Cəbrayılda 1988-ci ildən sonra baş verən bütün hadisələri o, lentə
alırdı. Bu gün də gələcək ücun onda qiymətlı materiallar var.
İlqar isə mənim əmioglum idi. Əlbəyaxa döyüs üzrə ölkə cempionu
idi. Döyüs təcrübəsi var idı. Bizim kəşfiyyat qruplarını öyrədirdi.
İndi Ukraynada yaşayır. Onlar da keçib oturdular. Fuad cəklişə
başladi. Qonaqlarımızdan xahis etdim ki, bizə danısdıqlarını bir də
təkrar etsinlər və Fuad lentə alsın. Tarix ücün lazımdır. Qoy hamı
bu alçaq ermənilərin iç üzünü görsun. Az keçmisdi ki, Sahib muəllim
cəkilişi dayandirmağı xahiş etdi və stolun üstunə bir bağlama qoyub
dedi:
- Bunu ermənidən Mayılı qurtarmaq ücün toplamışıq. Allah xatirinə
bunlari qəbul edin. Nə edirsiniz, edin. Təki Mayılı azad edin.
Bacılarının, anasının vəziyyətini yəqin basa düşürsünüz.
Əsirlikdən azad edilmiş əsgər Mayıl Məmmədov
Bağlamani açdım. Xeyli pul, qızıl və brilyant üzük, sırga, qolbağı,
bir də qadın qızıl saatı var idi. Bunlari görən rəis Vaqif
Məhərrəmov çox ciddi şəkildə Sahib müəllimə dedi:
- Siz bizim qonağımızsınız. Görünur, siz Cəbrayıl camaatı haqda az
bilirsiniz. Bizdə alver söhbəti, özü də şərəfsiz erməni ilə olmayıb
və ola da bilməz. İndiyə qədər bizim ərazidə nə qədər şəhid və
girov qaytarılıb. Onlar vətən oğullarıdır. Onları azad etmək bizim
borcumuzdur. Arxayın olun, əlimizdən nə gəlir edəcəyik. Artıq bu
ıstiqamətdə iş gedir. Oğlunuzdan basqa Hadruta Xocalıdan qız-gəlin
də gətirib bu oğraşlar. Bilirsiniz bu nə deməkdir? Bu bir namus
məsələsidir. Bu gətirdiklərinizi də götürün. Allah qoysa, Mayıl
azad olandan sonra sahiblərinə qaytararsınız. İndi sizi
mehmanxanada yerləsdirəcəklər. Nə lazımdırsa, edəcəklər.
Burda qeyd etməliyəm ki, Cəbrayılda 1 aydan da artıq qaldıqları
müddətdə onların bütün xərclərini yerli camaat qarşıladı.
Rəis mehmanxananin müdiri rəhmətlik Qara dayıya zəng vurub
Göycaydan qonaqlar olduğunu və onlar ücün yaxşı sərait yaratmağı
xahis etdi.
Göyçaydan gələn qonaqları - Həsən dayını (əsgərin atası), Sahib
müəllimi (onun yeznəsi) rayon mehmanxanasına aparıb yerləşdirdik,
ürək-dirək verdik, səbr edib gözləməyi tövsiyə etdik.
Sonra rəis alaya getməyi təklif etdi. Kəsfiyyatçıların getdiyindən
4 gün keçmişdi. Alaya gəlib komandir Yusifovun kabinetinə daxil
olduq. Çox fikirli idi. Bizi görən kimi dedi:
- Elə sizi axtarırdım. Usaqlardan xəbər yoxdur. Birinci qrup
deyilən yerdədir. 2-ci qrupdan xəbər yoxdur. 1-ciyə də cavab
vermirlər. Allah eləməsin pusquya duşsünlər.
Bu xəbər məni də üzdü. Narahat olmağa əsas var idi. Ancaq mən o
uşaqlara inanırdım. Dəfələrlə düsmən arxasına keçmişdilər və həmişə
də kişi kimi tapşırığı yerinə yetirmişdilər. Amma bu, müharibə idi.
Hər sey ola bilərdi. Bizdən ancaq Allaha dua etmək qalırdi ki,
uşaqlara bir sey olmasın. Onlar nə ücüm və kim ücün getdiklərini
bilirdilər. Səhidliyi hər an qəbul etməyə hazır olan 18 igidimiz bu
ağır və məsuliyyətli tapşırığı yerinə yetirmək üçün könüllü yola
çıxmışadılar.
Ertəsi gün alay komandirindən xahis etdim ki, ermənilərin hava
telefonunun efir məkanını tam nəzarətə götürsünlər və eyni zamanda
üzbəüz mövqelərdən erməni postlarını gərginlikdə saxlasınlar. Heç
bir halda ermənilərlə hava rabitəsinı girməsinlər.
Komandirə bildirdik ki, polis rəisiylə göycaylı qonaqların necə
yerləsdiyini öyrənmək ücün mehmanxanaya gedirik, əgər
kəşfiyyatçılardan bir xəbər olsa, bizə də çatdırsın.
Mehmanxanaya təzəcə yetişmişdik ki, komandir ratsiya ilə bildirdi
ki, rəis mehmanxanaya çatan kimi şəhər telefonu alaya təcili zəng
vursun. Mehmanxanaya çatan kimi dərhal Qara dayının (mehmanxana
müdiri) otağına qaçdıq. Rəis özünü telefonun üstünə atdı:
- Yusifov, eşidirəm. Nə baş verib, -deyə soruşdu və dinləməyə
başladı. Ardınca dedi:
- Ay səni sad xəbər olasan. Allah qoysa, sağ-salamat
qayıdarlar.
Dəstəyi yerinə qoydu, məni qucaqlayib dedi:
- Bəy, təbrik edirəm. Hər iki kəşfiyyat qrupumuz birləşib. İki qrup
da yağışa düsdüyündən təyin olunmus yerə bir saat əvvəl çatıblar.
Həm də qrup rabitəçisinin səhlənkarlığından ratsiya suya düşüb və
bir müddət əlaqədə problem yaranıb. İndi Hozapert kəndi və Hadruta
gedən yolu nəzarətdə saxlayırlar.
Sevincək 2-ci mərtəbəyə - qonaqların otağına daxil olduq. Qonaqlar
üçün lazım olani rəis aldırmışdi. Otaqda qonaqlarla bərabər
mehmanxanın bufetçisi Kamran Mehdiyev və çayçı Aydın da oturmuşdu.
Onlar da xeyli ərzaq almışdılar. Şirin-şirin söhbət edərək,
qonaqlara acılarını unutdurmağa çalışırdılar. Bizim gülə-gülə otağa
daxil olduğumuzu görən Mayılın atası Həsən dayı dilləndi:
- Rəis, qadan alım Mayıldan xəbər var?
Rəis təmkinlə dedi:
- Həsən dayı, narahat olmayın, hər sey yaxşıdır. Yaxşı xəbərin
bünövrəsi qoyulub. Yaxın günlərdə Mayılı görəcəyik.
- Sizə təşəkkür edirəm. Bayaq rayonunuz haqda danışdınız. Buna
canlı sahid olduq. Bayaq Aydın qardaşın çayxanasında oturmuşduq.
Hamı başımıza yığışdı. Dərdimizlə maraqlandılar. Elə bil bizim
başımıza gələnlər onların öz dərd-sərləriydi. Hamı bizi evinə
aparmaq istəyirdi. Heç kəsə əziyyət vermək istəmədik. Allah
hamınızdan razı olsun.
Qonaqlar, Aydın və Kamranla görüşub rəislə postları yoxlamaq ücün
yuxarı dağ kəndlərinə yola düsdük.
Bütün cəbrayıllılar bilir ki, o günlər biz ev üzü görmürdük,
yatmırdıq. Nəyin bahasına olur-olsun girov qızları və Mayılı azad
etmək ücün çalışırdıq.
Əməliyyat cox məxfi hazırlanmışdı. Hətta alaydan da cox məhdud
sayda hərbçi kəsfiyyat qrupunun məqsədini və hansi istiqamətdə
hərəkət etdiyini bilirdi. Hava telefonu məkanında ən təcrubəli
rabitəçilərimiz işləyir və yalnız “öz dillərində” (buna “qarğa
dili” deyirdik, sözləri tərsinə deməklə danışmaq) danışırdılar.
Bundan bütün bölgədə ancaq bizim rabitəçilər istifadə edirdilər. O
zaman bu danışıqları eşidən ermənilər deyirdilər ki, sizdə
əcnəbilər var.
Kəşfiyyatçılarımızın gedişinin 21-ci günü idi. Aprel ayinin 11-i,
saat 14-də məni təcili alay komandirinin yanına çağırdılar. Demək
olar ki, polis rəisiylə eyni vaxtda alaya çatdıq. Birnəfəsə
komandirin otağına qalxdıq. İçəri girəndə gözlərimizə inanmadıq.
Yaxsi stol açılmışdı. Komandir Yusifovün kefi də yaxşı idi. Hərdən
yaxşı yeyib-icməyi vardı. Alaya hərbi komissarlıqdan gəlmisdi.
Yaxşı oğlan idi. Bizi görən kimi qədəhlərə araq süzüb dedi:
- A kisilər, doşab almışıq bal çıxıb eee… Heç bilirsiniz bizim
üsaqlar nə edib? Götürün vuraq, sonra elə xəbər deyəcəm ki,
oynayacaqsınız!
- Komandir, vurmaq qaçmır. Ürəyimizi üzmə. Neçə gündür hamımız
nələr çəkirik, Allah bilir,-dedim
Cox təkid etdiyindən “vurmalı” olduq. Mayor Yusifov siqaret
yandırıb dedi:
- Dünən rabitə yaxşı isləmədiyindən anlamamışdıq. Ona görə sızə
xəbər verməyə tələsmədim. Əlisoy, Hadrutdakı Hozapert kəndinin
kolxoz sədrinin adi nədir?
- Samvel Babayan. Dasnakın yekəsidir. Onu 1988-ci ildən axtarırıq.
Bir necə dəfə əlimizdən qaçırmışıq. Hadrutda böyük nüfuzu var.
Yoxsa uşaqlar onu götürüb?
- Yox onu götürə bilməsələr də, qardaşı Armiki oğurlayıblar. Bir də
Hozapert-Hadrut yolunda da 2 erməni əsgəri götürüblər. Hər iki qrup
ordan üzaqlaşıb. Birlikdə geri qayıdırlar. Allah qoysa 2 günə burda
olarlar. Hamısı da salamatdır.
Bu şad xəbəri yaxşıca qeyd etdik. Qərara gəldik ki, uşaqların
girovlarla qayıdışı çox məxfi saxlanılsın. Rayon mərkəzinə gecə
daxil olsunlar və gətirilən ermənilər Polis Şöbəsinin kamerasında
saxlanılsın. Onların kimliyi və haradan gətirildiyi haqda məlumat
kənara sızmasın. Ermənilər girov və əsirlərin kimin apardığını
dəqiq bilməyəcək. Laçın, Qubadlı və Cəbrayılda axtaracaqlar onları.
Eyni zamanda, o da qərara alındı ki, hava rabitəsində də ermənilərə
cavab verilməsin. Samvel Babayan elə bir adam idi ki, qardaşı
götürüləndən sonra yəqin bütün Hadrutu ayağa qaldırmışdı.
Kəşfiyyatçılarımız sağ-salamat, girov və əsirlərlə qayıtdıqdan bir
gün sonra ermənilərin səs- küyü efir məkanını gütürmüsdü. Hay-küylə
məni axtarırdılar. Bizimkilərə tapşırmışdım ki, mənim Bakıda
olduğumu deşınlər. Özum də onların səsini eşidirdim. Edik israrla
mənə sözü olduğunu deyirdi. Yaman təlaşlı idi. Deməli, Samvel
Babayan faktoru öz işini görmüşdü. Uşaqlara dedim ki, Edikə deyin
ki, Əlisoya xəbər vermişik, aprelin 25-də Bakıdan qayıdan kimi
əlaqəyə girəcək.
Aprelin 22-si səhər tezdən Polis Şöbəsinə gələndə Mayılın atası
Həsən dayını və yeznəsi Sahib müəllimi də burda gördüm. 2 günlüyə
Göycaya getmişdilər. Dediklərınə görə, bir saat olar ki,
qayıdıblar. Sözlü adama oxşayıqdılar. Sahib müəllim dedi:
- Vaqif müəllim, ayın 24-nə az qalıb. Nə etmək fikriniz var? Birdən
o sərəfsizlər usağın başını kəsərlər. Gəlın, bu əmanətləri götürün,
verin ermənilərə. Təki Mayılı qurtarın!
- Sahib müəllim, Həsən dayı, məndən inciməyin, sizə bir söz
deyəcəm. Tutaq ki, pulu-qızılı verdik və Mayılı qurtardıq. Bəs
Xocalıdan girov götürülən ana-bacılar, qız-gəlinlər necə
olsun?-dedim.
Mayılın atası mənə yaxınlaşdi və dedi:
- Əlisoy düz deyirsən. Onsuz da Mayılı şəhid bilirdik. Yenə elə
bılərik. Qızları oradan qurtarmaq lazımdır. Bizdən də nə kömək
lazımdır edək. Gətirdiyimiz pullar və zinət əşyalarını da götürün.
Nə lazımdırsa, edin.
Həsən dayının boynunu qucaqlayıb üzündən öpdüm. Bu hadisəyə qədər
və bu hadisədən sonra da Cəbrayıla övladların dalınca gələnlərin və
eyni zamanda bizim yerlı camaatın birinin dilindən “oğlum, ərim,
qardaşım niyə səhid oldu?" kəlməsini esitmədim. Hamı "torpaq
uğrunda gedib, ancaq meyitləri geri alın ki, doğmalarının gözu
yollarda qalmasın" deyirdi.
Həsən dayı da onlardan biri idi. O vaxtlar indiki kimi deyildi.
Üzümü Həsən dayı ilə Sahib müəllimə tutub dedım:
- Arxayın olun ki, nə Mayıl, nə də ki, qızlarımız onların əlində
qalacaq. İndi ermənilər bizi axtaracaq. Artıq axtarırlar da...
- Nə olub ki? Sən Allah bir xəbər var?,- deyə ikisi də birdən
soruşdu.
- Hələlik sizə bir söz deyə bilmərəm, amma inanın cox yaxın gündə
qızlar da, Mayıl də bu Çinardan su içəcək (söhbət Cəbrayılın
mərkəzindəki məşhur kəhrizdən gedir), indi isə gedin mehmanxanaya,
lazım olsa, dalınızca gələcəklər.
Onları yola salıb polis rəisinin kabinetinə daxil olanda alay
komandiri Yusifovu da içəridə gordüm. Bildirdilər ki,
kəşfiyyatçılarımızın gətirdikləri erməniləri danışdırıblar. Məlum
olub ki, gətirilən 2 əsgər Ermənistan Milli Ordusunun
hərbçiləridir. Orduya da Ermənistanın Artaşak rayonundan
çağırılıblar. Bu, qiymətli məlumat idi. Ermənilər bütün dünyaya
bildirirdilər ki, Azərbaycana qarşı guya, Dağlıq Qarabağ erməniləri
vuruşur. Ancaq indi fakt başqa şey deyirdi. Bu məlumatı dünyaya
yaymaq lazım idi. Dünya bilməliydi, bizə qarşı Ermənistan və onun
arxasında olan Rusiya vuruşur. Rəisə dedim:
- Əməliyyatda istirak etmiş hər kəs cox yüksək səviyyədə
mükafatlandırılmalıdır. İkincisi, Bakıdan həm yerli, həm də xarici
jurnalistlər dəvət etmək lazımdır ki, bu şərəfsiz ermənilərin
dediklərini çəkib dünyaya yaysınlar ki, bu oğraşlar hansı xislətin
sahibidirlər.
Bir də Ediklə rabitə yaratmaq ücün icazə istədim. Dedim ki,
“onlarla bir oyun oynayaq. Həm də Mayılla atasını efirdə
danışdırmaq istəyirəm ki, kişi bir az toxtasın. Ermənilər məni öz
girovlarina görə axtarırlar. Bu gün onlara deyəcəm ki, Edikin məni
təcili axtardığını eşidib aprelin 25-ni gözləmədən Bakıdan tez
qayıtmışam. Erməni əsirlər və girovun bizdə olduğunu danıb vaxt
udacam. Bildiyiniz kimi, Edik mənə inanır. Heç vaxt da sözümü yerə
salmayıb”.
Rəis də, Yusifov da mənimlə razılaşdı. Bizim rabitəçilərdən həmişə
mənimlə işləyən Valehlə Həsənə dedim ki, Ediklə əlaqə saxlasınlar
və desinlər ki, Əlisoy 1 saatdan sonra əlaqə quracaq. Dedim ki,
Mayılın atasını və yeznəsini da götürüb Polis Şöbəsinə
gətirsinlər.
Bir stəkan çay içib çıxdıq. Artıq rabitəçilər və Həsən dayıgil
Çinar kəhrizinin yanında söhbət edirdilər. Yusifov vacib işi olduğu
ücün alaya gedəcəyini deyib, bizdən aralandı. Rəislə Həsən dayigilə
yaxınlaşdıq. Rabitəçilərdən əlaqə üçün hansı postun münasib
olduğunu soruşdum. Bildirdilər ki, ən münasibi "Quşçular" postudur.
Ordan əlaqə yaxşı alınır. Həsən dayı yaman sevinirdi. Yazıq kişi
çiyinlərimdən tutub gözlərimin içinə baxıb dedi:
- Bir az əvvəl də dedim, Mayıl bu vətənə qurban. Hara gedirik? Mən
hər şeyə hazıram.
Onu qucaqlayıb cavab verdim:
- Mən sənə söz vermişdim axı. Səni oğlunla danışmağa aparıram,
Həsən dayi!- demisdim ki, kişi özündən getdi. Həsən dayını bir
təhər ayıldıb "Niva" maşınına oturub “Quşçular” postuna yola
düşdük.
Rəis, mən, Həsən dayı və yeznəsi Sahib “Niva”da, radistlər Valeh və
Həsən UAZ-da “Quşçular” postuna gedirdik. Çərəkən kəndini keçəndə
UAZ siqnal verərək, dayandı. Valeh ratsiya ilə bizə yaxınlaşıb
bildirdi ki, rayon mərkəzindən çıxandan az sonra Edik iki dəfə
rabitəyə çıxaraq, məni soruşub. Bizimkilər isə ona cavab
verməyiblər.
Polis rəisi Məhərrəmov mənə məsləhət gördü ki, “özün efirə çıx və
bildir ki, bir azdan ratsiyada olacaqsan. Hava telefonunu alıb
"Edik, mən Vaqif Əlisoyam" deyən kimi cavab verdi. Elə bil ratsiya
əlində hazır dayanıbmış. Bildirdim ki, “məni axtardığını eşitdim.
Ona görə tez qayıtdım Bakıdan. 20 dəqiqədən sonra efirdə
olacam”.
Nəhayət gəlib “Quşçular” postuna çatdıq. Əsgərlərlə görüşdük.
Vəziyyətlə maraqlandıq. Rəisə dedim:
- Məhərrəmov açıq mətnlə efirə çıxacam. Qoy hamı eşitsin.
Deməli, bizdə həm hərbi ratsiyalar, həm də kənd təsərrufati
ratsiyaları vardı. Hərbi ratsiyalar olmayan vaxt, o telefonlardan
istifadə edirdik. Kənd təsərrufati ratsiyaları ilə danışanda
Fuzulidə, Beyləqanda, Xocavənddə də eşidə bilirdilər. Butün
müəssisələrdə bu ratsiyalardan vardı. Ona görə də ermənilərlə
danışığımın hamısını eşidirdilər. Mən də istəyirdim ki, həmişə
danışıqlardan əhali də xəbər tutsun. Bunu bizim alayın döyüşçüləri,
rabitəçilərimiz də təsdiq edə bilərlər. Yeri gəlmiskən, sonralar
mənə sər-böhtan atanları susduranda o zaman necə düz hərəkət
etdiyimi anladım.
Rəis razılıq verəndən sonra rabitə yaradaraq, Edikdən məni nə üçün
axtardığını soruşdum.
Edik cavab verdi:
- Səni axtarırdım, dedilər Bakıdasan. Biz səninlə təmiz danışmışıq
həmişə. Sən nə demisən, mən yerinə yetirmişəm, mən dediyimi də sən.
Bir xahişim var. Bizim 3 adamımız yoxa çıxıb. Biri mülki səxsdir,
ikisi əsgər. Bu adamlar sizdə deyil ki? Mən səndən kişi kimi cavab
gözləyirəm.
- Ay Edik, siz nə vaxtdan kişi kimi danışmağı öyrənmisiniz ki, indi
də məndən kişi cavabı gözləyirsən. Xocalıda etdikləriniz kişi
hərəkəti idi, yoxsa mülki adamlara qarşı etdikləriniz? Yəqin ki, o
yanındakılar da məni eşidir. Bunun cavabını alacaqsınız. Qadınları
posta çıxarıb bizə göstərmək, əsirin başını kəsməklə hədələmək nə
vaxtdan kişilik sayılıb? Əsirə görə pul tələb edirsiniz. Ölmüş
insanlara etdiyiniz hərəkətləri kişilik sayırsınız? Bu söz siz
ermənilərə yaddır. İndi isə qulaq as. Mən Bakıdan təzə qayıtmışam.
Vəziyyətlə tanış deyiləm. Öyrənməyə çalışaram. Ancaq bir sərtlə.
Sizə Xocalıdan qadınlar gətirilib və Göycaydan Məmmədov Mayıl Həsən
oğlu adlı bir əsgər. Bir necə gün əvvəl sizin “Armud postu”ndan
onları göstərmisiniz. Mən də onları görmüşəm. Mən o qadınlardan
biri və Mayılla danışmaq istəyirəm. Bundan sonra mən də
bizimkilərlə danışıb sənə dəqiq cavab verərəm.
- Yaxşı. Mən razıyam. Mən də özümüzünkülərlə danışım. Sənin
dediklərini onlara çatdırım. Yarım saatdan sonra efirdə ol.
Danışıqdan sonra uşaqların üzünə baxdım. Rota komandiri Maarif
dilləndi:
- Əlisoy, qadan alım sənin, nə yaman dedin. Allah haqqı, bu qisası
onlarda qoysaq, biz heç kişi deyilik. Əsgərləri güclə saxlayırıq.
Hamısı qan-qan deyir.
Sonra da məni qucaqlayıb üzümdən öpdü. Rəis də məmnun idi. Əlini
kürəyimə vurub siqaret çəkmək ücün blindajdan çıxdı. Mən də onun
dalınca çıxdım. Bir fikrim var idi. Dedim:
- Rəis, mərkəzə xebər verək. Babayanın qardaşı Armiki gözübağlı
telestudiyaya gətirsinlər. Mən deyəndə onu əlaqəyə çıxartsınlar.
Ermənicə danışmağa qoymasınlar. Bircə kəlmə azərbaycanca "mən
yaxşıyam" desin. Söhbət etdiyimiz vaxt Həsən dayı və Sahib də bizə
yaxınlaşdı. Cox həyəcanli idilər.
- Bilmirəm sizə necə təşəkkur edim. Azərbaycanın hər yerində, elə
bizim Göyçayda da buralarda nə baş verdiyindən xəbərləri yoxdu.
Ölkənin bir yerində ölüm-itim, digər yerlərdə kefdir. Mən burdakı
əsgərlərlə fəxr edirəm. Elə sizin kimi rəhbərlərlə də,- Həsən kişi
dedi.
- Həsən dayı, biz 1988-ci ildən belə yaşayırıq. Bu uşaqlar bir
vaxtlar qoşalülə ilə torpaq qoruyublar. Neçə illərdir rahat yataq,
isti xörək üzünə həsrətdirlər. Biz öz gücümüzlə 15 erməni kəndini
onlardan azad etmişik və bu kəndlərə nəzarət edirik. Mən sizə söz
vermisdim ki, Mayılı azad edəcəyik. İndi sizə açıb söyləyirəm.
Xocalıdan olan girov qızların və Mayılın azad edilməsi ücün hər sey
hazırdır. Bizim kəşfiyyatçılar ölumə gedərək, 3 erməni gətiriblər.
Onlardan biri Hadrutun ən sanbanlı adamlarindan biri olan Samvel
Babayanın qardaşı Armik əlimizdədir. İkisi də əsgərdir. Mayılal siz
danışmayın. Həyəcanlısınız. Qoy Sahib müəllim danışsın.
Razılaşdıq. Xəbər verdılər ki, bizimkilər artıq Armiki
telestudiyaya gətiriblər. Yaman qorxur. Bizdən xəbər
gözləyirlər.
Düz yarım saatın tamamında Edik rabitəyı çıxdı:
- Əlisoy, Xocalıdan olan qadınları Valerik Ağdamda Allahverdi
Bağırova qaytarıb. 8 nəfər idi. Ancaq Mayı burdadır. 10 dəqiqə
sonra danışa bilərsən onunla.
- Qulaq as Edik, mənə nağıl danışma. Onsuz da bunu yoxlayacam. Mən
artıq sənə inanmıram.
- Yaxşı. Mənə inanmısan. Onda inandığın bir adam var burda. De
görum Hərəküldən Levonu tanıyırsan?
- Futbolçu Levonu?
- Bəli.
Levonun adını eşidəndə bir an duruxdum. Bu ad mənə uzaq keçmişi
xatırlatdı. Levon Hadrutun Hərəkul kəndindən idi. Biz usaqlıq dostu
idik. Yaşı və orta nəsil cəbrayıllılar onu yaxşı xatırlayırlar. Bir
kəlmə yalan deyirəmsə, buyursunlar təkzib etsinlər. Levon Cəbrayıl
yığma futbol komandasının məşhur 10 nomrəsi idi. Məşhur holland
Kruifə oxşadığına (saç düzümü və oyun stilinə görə) onu Kruif
adlandırırdıq. Təsəvvür edin ki, hətta Hadrut ermənilərinə qarşı
oynayanda da Levon bizim komandada çıxış edirdi. Səfər oyunlarında
mənim otaq yoldaşım idi. Sonuncu dəfə onu 1987-ci ildə
görmüşdüm.
Bu o vaxt idi ki, Aqambekyan məlum hadisələrlə bağlı çıxış etmişdi.
Bir gün miliosdən mənə bir erməni saxladıqlarını dedilər və həmin
erməninin məni görmək istədiyini söylədilər. Milisə o vaxt bizimlə
birgə futbol oynayan Yadigar, Mehdi, Çingizlə birgə getdik. Bizi
görəndə Levon ağladı. Bildirdi ki, bu hadisənin sonunu yaxsi görmür
və buna görə Rostovdan gəlib ki, ata-anasını burdan aparsın.
Rəisdən - rəhmətlik Rəsid Məmmədovdan xahis etdik ki, onu azad
etsin. Yeri gəlmiskən, Levonla Mayıl azad ediləndən düz bir il
sonra da üzbəüz gəldik. Bu da çox maraqlı görüş olub. İmkan olsa,
bu haqda ayrıca söhbət edəcəm. Bütün bunlar gercək hadisələrdi.
Bunları ona görə xatırlatdım ki, hadisələri obyektiv
qiymətləndirəsiniz. Ona gorə Edikdən Levonun adını esitdikdə bir az
duruxdum. Axı o Rostovda olmali idi. Deməli, o da burda imiş. Mənə
qarşı vuruşurmuş. Ona görə düsünmədən dedim:
- Edik, ola bilməz ki, Levon sizinlə birgədir. Əgər o mən tanıdığım
Levondursa, onda desin ki, 1970-ci ildə Füzulidə "Qizil sünbül"
kubokunda Ağdam-Cəbrayil oynunda hesab neçə olub? (həmin kubok
oyununda Ağdam komandasında Milli Qəhrəman Allahverdi Bağırov
(kapitan), Elbrus Abbasov, Adil Nadirov (indiki futbolçu Vuqar
Nadirovun əmisi), qapıçı Sasa Babayev kimi fubolçular oynayırdı.
Rəhmətlik Allahverdi ilə dostluğumuz o vaxtdan baslamışdı).
Hər detalı deyirəm ki, bu söhbətə qiymət verəsiniz.
- Vaqif , mənəm Levondur. Hecab 2:1 oldu. Qolu da mən pas atdım,
Cingiz vurdu. Mən sənə bir söz deyəcəm. Xocalıdan hal-hazirda burda
bir qadın da yoxdur. Mən sənin Əlisoy olduğunu bilmirdim. Demək,
Əlisoy sən imissən. Mən sənə başqa heç nə deməyəcəm. Məni
bağısla.
Burda bir seyi qeyd edim. Məshur "Sısqaya" əməliyyatından sonra
onunla cox maraqlı görüşümüz oldu. Məhz onun sayəsində rəhmətlik
döyüşçülər Faiqlə Mirələmin meyitini geri almaq mümkün oldu,
halbuki, ermənilərin onların meyitini qaytarmaq fikirləri yox idi.
Bütun döyüsculərimiz, hətta ermənilər onların necə qəhrəmanlıla
şəhid olduğunu mənə danısmışdılar.
- Levon, mənim sənə inanmamağa haqqım yoxdur. Son görüsumüz
yadındadır? Sənə heç nə demirəm. Sadəcə üzbəüz gəlmək, gözlərinə
baxmaq istəyirəm. İndi isə Edikə de, 10 dəqiqə sonra əlaqədə olsun.
Bizim orda girov olan əsgərimiz Mayılla danışmaq istəyirəm. Ona da
sürprizim var,-deyib əlaqəni kəsdim və blindajdan çıxdım.
Dalımca rəis, Həsən dayı, Sahib, rota komandiri Maarif çıxdılar.
Usaqlardan aralanmaq, hirsimdən doyunca ağlamaq istəyirdim. Diz
üstə çökdüm. İçin-için ağlayırdım. Birdən Həsən dayınin səsini
esitdim:
- Oğul, deyirlər kiçi ağlayanda dəhsət olur. Ayağa dur, başını
qaldır yuxarıdakı əsgərlərə bax. Onlar sənə inanırlar. Bir aya
yaxındır ki, burdayıq. Hələ sənin haqqında bir dənə də pis söz
esitmədik. Həbsdə olduğunu, başına nələr gəldiyini də bizə
danışıblar. Mən öz oğluma görə demirəm, bu millətə görə nə
cəkmisənsə, halal et. Nə yaxşı ki, sənin kimi adamlar var. Dur
ayağa, sən diz çökməli oğul deyilsən.
- Həsən dayı, sən get, biz indi gəlirik, -deyə rəis Məhərrəmov bizə
yaxınlaşdı və o, uzaqlaşan kimi çiyinlərimdən tutub məni
silkələdi:
- Əlisoy, bir düşün ki, səni nə qədər adam efirdə dinləyir. Özünə
gəl. Bura qədər gəlmisən. Mən səni beləe bilməzdim. Əgər Mayılı
azad etsək, bu, bilirsən nə deməkdir? İndi dur efirə çıx. Bir sey
deyim, basda Cəbrayil polisi, Cəbrayil camaatı sənin arxandadır.
Möhkəm ol, efirdə də necə başlamısan, elə də davam et.
Rəisin bu sözləri sanki məni yuxudan ayıltdı. Posta qalxdım, əlaqə
yaradıb:
- Edik, mən Vaqif Əlisoyam,-dedim.
- Hə, eşidirəm. Mənə inandın. Mayıl burdadir. Danısmaq
istəyirsən?
- Əlbəttə, danışacam. Yəqin Samvel Babayan da yanındadır. İndi isə
siz mənə qulaq asın.
Mərkəzlə əlaqə saxlayıb Armiki efirə çıxarmağı və bir kəlmə
deməyini tələb etdim.
“Mən Armikəm. Mənə yaxşı baxırlar. Ordakılara bir şey etsəniz,
burda məni öldürəcəklər. Məni qurtarin!".
Armik ratsiyada bu sözləri deyib qurtaran kimi:
- Mən Samvel Babayanam. Sərtlərini de. Nə istəyirsən? -deyə kimsə
rabitəyə qoşuldu. Bildim ki, ox hədəfə dəyib.
- Samvelsən, nəsən bilmirəm. Əgər orda bizim adamlara bir etsəniz,
beş qat cavabın alacaqsınız. Nə yaxşı qardaşınla maraqlanırsan,
ondan basqa bizdə iki əsgərinız var. Artasakdan. Bəs onlarla niyə
maraqlanmırsan? Bəs deyirdiniz “özümüz döyüşürük”. Ermənistan
ordusunun əsgərinin Qarabağda nə iti azıb? Nə etmisinizsə,
qarşılığını alacaqsınız. İndi isə Edikə de, Mayılı efirə
çıxarsın.
Mayılın səsini eşitdik:
- Mən Mayılam. Məndən narahat olmayın.
Oğlunun səsini eşidən Həsən dayı özünü itirdi. Rabitəyə yeznəsi
Sahib qoşuldu:
- Mayıl, danışan Sahibdir. Atan da burdadır. Necəsən? Bizdən
narahat olma. Allah qoysa, görüşəyik.
Sonra Edikin səsi gəldi:
- Artıq danışmağın nə mənası. Mayılı veririk, siz də Armiki və 2
əsgərimizi veririrsiniz.
- Ay Edik, sən mənimlə şərtlə danışma. Qərarı mən verirəm. Mən
bizim qadınların Valerik tərəfindən Allahverdi Bağırova verildiyinə
tam əmin olduqdan sonra bu haqda danışarıq.
- Demək, mənə inanmırsan?
- Sizə inandıq ki, bu günə düşdük. Mən sənə xəbər verərəm - deyib
rabitəni kəsdim.
Postdakı rabitəçilərə tapşırdıq ki, gizli kanalla digər postlara
xəbər versinlər ki, efirdə artıq-əksik danışmasınlar və ermənilərin
heç bir çağırışına cavab verməsinlər. Əks halda ciddi
cəzalanacaqlar.
Ermənilərlə danışıqdan sonra rayon mərkəzinə qayıtdıq. Həsən
dayıgili memanxanaya qoyub alaya getmək istəyirdik ki, Aydının
çayxanasındakı adamların küçəyə çıxıb bizi gözlədiyini gördük. Sən
demə çayxanadakılar “QAİ” maşınını saxlatdırıb ermənilərlə danışığa
qulaq asırmışlar. Hamının üzündən sevinc hiss olunurdu. Bir azdan
adamların sayı artmağa başladı. Həsən dayıgil də camaata qoşuldu.
Cəbrayıllar arasında baməzəliyi ilə tanınan Niftalı dayı bu dəfə
ciddi halda dedi:
- Ay rəis, ay Əlisoy, bu camaat sizin o alçaqlarla danışığınızı
eşitdi. Bu işdə əməyi olan hər kəsə bu camaat adından minnətdarıq.
Əlisoy da maşallah oğraşların cavabını yaxşı verdi. Demək, o alçaq
Levon da (dediyim kimi, cəbrayıllılar onu yaxşı tanıyırdı) əlinə
silah alıb. Cəbrayılın çörəyi onun burnundan gələcək. O göyçaylı
oğlan azad edilən gün bir heyvan mən qurban kəsəcəm.
Bu sözləri göz yaşı ilə dinləyən Həsən dayı rəis Məhərrəmovu və
məni qucaqlayıb üzünü camaata tutdu:
- Camaat, artıq bir aya yaxındır ki, Cəbrayıldayıq. Bu adamların
nələr çəkdiyini sözlə demək çətindir. Mən hamınıza burda açıq
deyəcəm. Oğlumun azad olunması üçün ermənilər bizdən külli miqdarda
pul tələb etmişdilər. Bütün qohum-əqraba toplaşıb müəyyən qədər pul
və qızıl-zinət əşyaları topladıq. Füzulidə bəxtimiz gətirmədi.
Cəbrayıla gəldik. Burda bizi yüksək səviyyədə qarşıladılar. İnanin
Allaha, bizdən o pulu almadılar. Hadrudda saxlanan Xocalı
qızlarının və oğlumun azad edilməsi üçün sizin alayın döyüşçüləri
ölümə getdilər. Yəqin ki, Əlisoyun ermənilərlə danışdığını
eşitdiniz. Siz cəbrayıllılara belə oğula görə minnətdaram. Burda
olduğumuz müddətdə cəbrayıllıların bizə etdiyi hörməti heç vaxt
unutmarıq. Göyçaylılar sizin bu yaxşılığın əvəzini heç cür ödəyə
bilməz. Eşq olsun sizlərə.
Alqış səsləri ətrafı bürüdü. Bizd ə maşına minib alaya yola düşdük.
Birlikdə qərara gəldik ki, Ağdamla -Allahverdi Bağırovla əlaqə
saxlayıb, dəqiqləşdirək ki, doğrudanmı Valerik Hadrutda saxlanan
Xocalı qızlarını Allahverdiyə qaytarıb…
Ağdamda vəziyyət gərgin olduğundan Allahverdi ilə yalnız may ayının
4-də əlaqə yarada bildik. Allahverdi təsdiq etdi ki, 15 gün əvvəl
Valerik həmin qızları ona qaytarıb. Ancaq dəqiq deyə bilməz ki,
ermənilərdə başqa qadınlar qalır, ya yox? Bir neçə saatdan sonra
xəbər verə bilər. 2 saatdan sonra zəng edib bildirdi ki, ermənilər
düz deyir. Azad edilən qadınlarla görüşüb. Orada onlardan başqa
Göyçaydan Mayıl Məmmədov adlı bir əsgərimiz əsir saxlanılırmış.
Ermənilər ona dəhşətli işgəncələr verib, dəmir xaçı qızdıraraq
sinəsinə basıblar. Onun başını kəsməklə hədələyirlər.
Allahverdi ilə məlumatı dəqiqləşdirdikdən sonra birlikdə qərara
gəldik ki, mən rabitə yaradıb Mayılla Samvel Babayanın qardaşı
Armiki dəyişək. Əgər ermənilər Artaşakdan olan əsir əsgərlərini də
istəsələr, bunu qəbul etməyək. Çünki bilirdik ki, Samvel Babayan
qardaşı üçün hər şey edəcək. Hadrutda onun sözünü eşitməyən adam
yox idi. Həm də keçən dəfə danışıqda hiss etmişdim ki, onları
yalnız Armik maraqlandırır.
May ayının 6-da hava telefonu ilə əlaqəyı çıxdım.
- Edik, mən Vaqif Əlisoyam. 1 saatdan sonra efirdə ol,- dedim.
Düz bir saatın tamamında efirdə Edikin səsini eşitdim:
- Əlisoy, eşidirəm. Nə deyirsən? Dediklərimi yoxladın?
- Qulaq as Edik. Mənim siz ermənilərə inanmamağa haqqım var. Amma
indi buna nə vaxtım, nə də imkanım var. Təklifim budur, Mayılı
verirsininiz, əvəzində Armiki qaytarırıq. Başqa təklif müzakirə
olunmayacaq.
- Bəs o əsgər?
- Mən dedim axı başqa təklif olmayacaq.
- Onda bir az gözlə, mən böyüklərlə danışım.
Mən əmin idim ki, onlar razılaşacaqlar. Ortada Samvel Babayan amili
var idi. Səhv etməmişdim. Edikin səsini eşitdim:
- Əlisoy, biz razıylq. Dəyişmə nə vaxt və harada olsun.
- Mən sənə xəbər verəcəm, - deyib efirdən cıxdım.
Məqsədim bu idi ki, onlari ayağımıza gətirim. Buna da artıq nail
olmuşdum.
Rayon mərkəzinə qayıtdım. Mənə İcra Hakimiyyətindən 1-ci müavin
Heyran Kalbalıyeva xəbər verdi ki, sabah - mayın 7-də Bakıdan
AzTV-nin və xarici ölkələrin jurnalistləri gələcək.
Ayın 7-də səhər saat 10-da İcra Hakimiyyətindən dalımca maşın
göndərdilər. Bakıdan gələn qonaqlar icra başçısı rəhmətlik
Abbasqulu müəllimin kabinetində idilər. Koməkçi dərhal içəri
keçməyi xahiş etdi.
Kabinetdə rəis və alay komandirindən başqa 1 qadin və 3 kişi var
idi. Abbasqulu müəllim məni onlara təqdim etdi:
- Tanış olun. Vaqif müəllim bizim Təhsil Şöbəsində metodist
işləyir. Nə lazımdır, o, sizə deyəcək.
Qonaqlarla həyətə düşdük. Əynimdəki hərbi formaya baxıb öz
aralarında nə isə danışırdılar. Onlardan biri mənə yaxınlaşıb
dedi:
- Mən Vaqif Kərimovam. Az.TV-nin əməkdaşıyam. Dövlət mükafatı
laureatıyam. Əcnəbiləri sizin müəllim ola-ola hərbi forma
geyməyiniz və silah gəzdirməyiniz maraqlandırır. Mən başa düşürəm,
bəlkə onlara bir neçə kəlmə deyəsiniz.
Razılaşdım. Nə üçün əlimə silah aldığımı və öz sevdiyim peşəmdən
uzaq düşməyimin səbəbini açıqladım. Bildirdim ki, bizə qarşı Dağlıq
Qarabağda erməni terroristləri və Ermınistan dövləti, onların
arxasındakı Rusiya vuruşur. Bunlar bizim azad və müstəqil
yasamağımızı istəmirlər. Yəqin Xocalıda baş verənlərdən
xəbərdarsınız. Xocalı soyqırımı insanlıq adına bir ləkədir. Ancaq
dünya bunu sakitcə seyr edir. Əgər bu gün bunların qarşısı
alınmasa, sabah gec olacaq
(bu gün o vaxt dediyim təsdiqini tapır). İndi sizi polisə
aparacağıq. Ermınistan dövləti dünyaya car çəkir ki, Qarabağda
onların əsgəri yoxdur. Bizdə inların 2 əsgəri var. Özünüz dindirin.
Həqiqəti çəkin və göstərin. Bizim heç kəsin torpağında gözümüz
yoxdur.
Əcnəbilərlə bu söhbəti AzTV əməkdaşları lentə alırdı. İcra
Hakimiyyətindən polisə gəldik. Hər iki erməni əsgərini rəhmətlik
Firat müəllimin (polis rəisinin müavini) kabinetinə gətirdilər.
Onlar Ermənistan ordusunun əsgərləri olduqlarını, Qarabağa təzə
gəldiklərini, hərbi əməliyyatlarda iştirak etmədiklərini, zorla
gətirildiklərini, onlarla yaxşı rəftar edildiyini bildirdilər.
Polisdə çəkilişdən sonra qonaqlar əhali ilə görüşüb, bəzi
postlarımızda olub əsgərlərimizlə səmimi söhbət etdilər. Çəkilişlər
bitdikdən sonra AzTV-nin əməkdaşı Vaqif Kərimov və əcnəbilər
təşəkkür edib bildirdilər ki, artıq işlərini bitiriblər və Bakıya
qayıtmalıdırlar. Əcnəbilər ölkələrinə uçmalı idilər. Vaqif Kərimov
isə çəkdiklərini "Günün xəbərləri"nə çatdırmalı idi .Doşulu Əlinin
kababxanasında yaxşı bir qonaqlıq verib qonaqları Bakıya yola
saldıq. Vaqif Kərimov da söz verdi ki, çəkdiklərinin hamısını
televiziyada verəcək.
Doğrudan da axşam "Xəbərlər"in xüsusi buraxılışında çəkdiklərinin
hamısını göstərdilər.
Bizi isə sabah ağır gün gözləyirdi. Bərk yorulmuşdum. Yatmaq
istəyirdim. Rəisdən xahiş etdim ki, alayın rabitəçiləri Ediklə
əlaqə saxlayıb efirdə olacağımı desinlər.
Səhəri dirigözlü açdım. Çöx həyəcanlı idim. Bu, çox riskli bir
əməliyyat idi. Bunu o vaxt belə əməliyyatlarda iştirak edən hər kəs
təsdiq edə bilər. Dəfələrlə bu əməliyyatlar zamanı təxribatlarla
üzləşmişdim. Alay komandiri Yusifov, polis rəisi Məhərrəmovla
birlikdə
əməliyyat planı hazırlandı. Əməliyyatda həm polisin, həm də alayın
ən seçmə döyüşçüləri iştirak etməli idi. Bütün postlara xəbərdarlıq
edildi ki, hər bir vəziyyətə hazır olsunlar.
Bütün hazırlıq prosesi başa çatdıqdan sonra telestudiyadan efirə
çıxdım:
- Edik, mən Əlisoyam.
Elə bil məni gözləyirmiş. Həmin an da cavab verdi;
- Əlisoy, eşidirəm. Harda gorüşürük?
- Edik, həməşki yerdə. (Füzuli rayonu ərazisində Köşbək deyilən
yeri, Qaradağlı kəndinin yaxınlığını nəzərdə tuturdum). Yəqin ki,
görüş vaxtı bir hadisə baş verməyəcək.
- Biz hazırıq. Görüş yerinə həmişəki kimi silahsız gələcəksən.
- Narahat olma. Biz sözümüzü tutan kişiyik.
- Ara yenə başladın?
- Yaxşı 30 dəqiqə sonra Qaradağlıdan səninlə əlaqə saxlayacam.
Danışığı bitirdim. Mayılın atası xüsusilə həyəcanlı idi. Qabağıma
yeridi. Onu qucaqlayıb ancaq bunları deyə bildim:
- Mən sizə söz vermişdim.Allahın köməyi ilə bu gün oglunu görə
biləcəksən.
- Mən bir ata kimi gecə-gündüz sənə dua edəcəm.
- Həsən dayı, mənə yox, oğlunun azad olunması üçün özünu ölümə atan
bu oğullara (əlimlə bizi gözləyən əsgər və polisləri göstərdim) dua
edərsən. Bu, çətin əməliyyətdır. Onlardan sağ qayıtmayan da ola
bilər. Onlar hər gün ölümlə üz-üzədir. İndi isə maşınlara…
Artıq 30 dəqiqə sonra Qaradağlıdaydıq. Burada bizi Qaradağlıdakı
batalyonun əsgərləri gözləyirdi. Ərazi onların olduğundan həmişə
birllkdə hərəkət edirdik. Bibim qızının yoldaşı Sahib də burda idi.
O, uzun müddət Hadrutda işləmişdi və ermənicə təmiz danışırdı.
Həmişə bizə yardımçı olurdu.
Qaradağlıdakı əsgərlərin komandiri ətrafı yoxladıqlarını və hər
şeyin nəzarətdə olduğunu bildirdi. Rəis öz uşaqlarımızın -
snayperlərin yerləşdirılməsini əmr etdi.
Hərbi formanı soyundum və mülki paltar geyindim. Erməniər məni
mülki səxs kimi tanıyırdılar. Görüşə hazırda Ukraynada yaşayan
İlqar Salmanoğlu ilə getməli idim. O əlbəyaxa döyüş ustası idi və
1988-ci ildən döyüşürdü. Getmək istəyirdik ki, rəis əlindəki
“Makar” tapançasını mənə uzadıb dedi:
- Hər ehtimala qarşı köynəyin altına qoy. Bu oğraşlara inanmaq
olmaz. Snayperlər də sizi qoruyacaq. Allah amanatında. Haydı.
Bizim postları keçib neytral zonaya yaxınlaşıb əl işarəsilə
bizimkilərə işarə etdik ki, Edikə desinlər ki, biz lazımı
yerdəyik.
Bir az keçmişdi ki, 3 hərbi formalı efməni bizdən 100 m məsafədə
dayandı. Biri Edik, o biri rusların Hadrutdakı sərhəd dəstəsində
vaxtı ilə rota komandiri olmuş, indi isə burdakı ermənı
birləşməsinin komandiri Ruben Arutunyan idi. Üçüncünü tanımadım.
Amma ürəyimə damdı ki , Samvel Babayandır.
Ediklə Babayan və mənlə İlqar bir-birimizə yaxınlaşdıq.
Üzbəüz gələn kimi Babayan soruşdu:
- Qardaşım hanı?
- Nə qışqırırsan? Qardaşından ötrü belə darıxmısan? Qorxma
burdadır. Bir də ki, mən Ediklə danışıq aparıram. Sən müdaxilə
etmə. Sənə söz veriləndə danışarsan. Edik, de Mayılı gətirsınlər,
mən də deyirəm Armiki gətirsinlər! Mənim sizinlə söz güləşdirməyə
nə vaxtım, nə də həvəsım var, - dedim.
Hər iki tərəfdən girovları gətirdilər. Daha ləngimək olmazdı.
Mayılı götürüb neytral zonadan uzaqlaşdıq. Oz postumuza
yaxınlaşmışdıq ki, Mayıl diz çöküb torpağı öpməyə başladı.
Döyüşçümüz İlqar onu qucaqlahıb ayağa qaldırdı. Çox təsirli səhnə
idi. Lap kinolarda olduğu kimi. Mayıl özünə gəlib dedi:
- Vaqif müəllim, hər dəfə sizin səsinizi eşidəndə yaşamağa inamım
artırdı. Çox sağ olun. Atamgil də burdadır?
- Burdadır. Burdan uzaqlaşmaq lazımdır. Bunlardan nə desən gözləmək
olar.
Postumuzu keçib məktəbdə yerləşən Qaradağlı batalyonuna gəldik.
Buradakı qələbəliyi görməyə dəyərdi. Ata-balanın görüşünü təsvir
etməyə söz də acizdir. Ölüm görmüş döyüşçülər belə, göz yaşlarını
saxlaya bilmirdilər. Qaradağlıdakı uşaqlara təşəkkür edib Cəbrayıla
yola düşdük.
Yolüstü Çərəkən kəndinə - qayatam Mustafa kişigilə döndük. Mayılı
sağ-salamat gətirdiyimiz üçün bir qoyun kəsib, əlüstü bır-iki tikə
yeyib, yolumuza davam etdik. Yolda ikən növbətçi polis ratsiya ilə
xəbər verdi ki, rayon mərkəzində izdiham var. Axşam televiziya ilə
verilişi izləyən, Mayılın azad olduğunu eşidən yerli əhali, digər
rayonların sakinləri Polis Şöbəsinin qarşısına toplaşıblar.
Vaqif Əlisoy
Doğrudan da, bizi 1000-ə yaxın adam alqışlarla qarşıladı. Mayılı
atıb-tuturdular. Ona müxtəlif şəkillər göstərirdilər. Hər kəs
Mayıldan yaxınlarını əsirlikdə görüb-görmədiyini soruşurdu. Hamıya
cavab verə bilmirdi. Onu rəisin kabinetinə apardıq. Orada başına
gələnlər haqda müsahibə Verdi, çəkiliş apardıq. Sonra küçəyə-
izdihamın qarşısına çıxdıq.
Rəis məsləhət gördü ki, camaata nəsə demək lazımdır. Hardansa
səsgücləndirici gətirdilər. Səsgücləndiricini əlimə alıb üzümü
camaata tutdum:
- Əziz cəbrayıllılar, hörmətli qönaqlar, ən əvvəl göyçaylı
əsgərimizin azad olünmasında əməyi ölan hər kəsə təşəkkür edirəm.
Xüsusilə alayımızın əsgərlərini qeyd etməliyəm. Onlar həyatları
bahasına bu əməliyyatı hazırlayıb peşəkarcasına həyata keçirdilər.
Yəqin Hadrutda bizim girovlarln, xüsusilə qadınların saxlandığını
bilirdiniz. Bu, bizi çox narahat edirdi. Cəbrayıl hərbçiləri heç
bir kömək olmadan 15 kəndi ermənı separatçılarından itki vermədən
azad edib və bu gün də həmin ərazilərə nəzarət edirik. Həmişə
önlara layiqli cavab vermişik.Amma bir şeyi də bilin, biz erməniyə
qarşı deyil, onun arxasinda olan Rusiyaya qarşı vuruşuruq.
Bildiyiniz kimi Şayax yuksəkliyi bizdə idi. Məhz ruslar o postu
bizdən alıb ermənilərə verdilər. İndi ordan bizi atəş altında
saxlayırlar. 20 yanvarı və Xocalını unutmaq olmaz. Xocalının qisası
alınmayınca, heç kəsin başını qaldırmağa haqqı yoxdur.
Bizdə 2 erməni əsgəri var idi . Onları Xocalıdan olan girov
qızlarla dəyişmək istəyirdik. Ancaq dəqiqləşdirdik ki, girovlar
Ağdam Xalq Cəbhəsinin sədri Allahverdi Bağırov tərəfindən azad
edilib. Ermənilər bizim girovlara olmazın işgəncələr verirlər. İndi
bizdə olan erməni əsgərlərini bura gətirəcəklər. Bir saatlığa
onları sizə verəcəm. Hansı işgəncəni verirsiniz verin.
Bu sözləri deyib, rəisdən xahiş etdim ki, polislərə əmr etsin, əsir
erməniləri gətirsinlər. Erməniləri gətirdilər. Onlar izdihamı görüb
qorxudan əsirdilər. Dediklərimin onlara tərcümə esilməsini istədim.
Onlara izah edəndə ki, etdikləri vəhşiliklərə görə bu camaata cavab
verəcəklər, erməni əsgərlər ayaq üstə az qala öldülər. Üzümü
camaata tutdum:
- Buyurun, təhvil alın.
Yerbəyerdən səslər eşidildi:
- Əşi yazıqdırlar. Görmürsünüz ayaq üstə olüblər.
- Kimdir yazıq? Bunlardır yazıq? - deyib erməniləri qabağa
itələdim. Sonra Mayılı qabağa çəkdim:
- Bura gəl, Mayıl, - dedim, - aç sinəni. İndi baxın, diqqətlə
baxın. Bəs bu, yazıq deyilmi? Görürsünüz sinəsinə basılmış xaç
şəkilli dağı? Qollarını, ayaqlarını qırıblar, bədənindən külqabı
kimi istifadə ediblər, damarına kerosin vurublar. Gözünün qabağında
qız-gəlinlərımizin başına min bir oyun açıblar. Bəs o, biz insan
deyilik. Bir əsrdə bu şərəfsizlər üç dəfə bizə bu dəhşətləri
yaşadıblar. Biz niyə ayılmırıq? Çixarın qəlbinizdən bu mərhəmət
hissini. Bununla düşmənə qələbə çalmaq olmaz!
Erməni əsgərlərini kameraya apardılar. Sonra söz Mayılın kürəkəni
Sahibə verildi. Çox təsirli danışdı.Sonda dedi :
- Bir aydan artıq Cəbrayılda olduq. Sizdən ancaq hormət gördük. Hər
birinizin qarşısında baş əyirəm. Kaş hər bir azərbaycanlını ürəyi
bu elin igidlərinin ürəyi kimi VƏTƏN sevgisi
ilə dolu olsun. Eşq olsu Sizə.
Hamı onu alqışladı. Sonra Çinar kəhrizinə getdik. Buz kimi suyu
dəmir qabla doldurub Mayılın atasına - Həsən dayıya uzadıb
dedim:
- Həsən dayı, bu sudan için. Sizə söz vermişdim axı!
Suyu içdikdən sonra rəis 3 polis ayırdı və qonaqları Göyçaya yola
saldıq. Cox xosbəxt idim.
Bu xatirəni danışmazdan əvvəl Mayılla danışıb razılığını almışdım.
Atasının rəhmətə getdiyinə üzüldüm. Başsağlığı verib səbir
dilədim.
Allah Azərbaycanımızı qorusun. Səhidlərımizə rəhmət eləsin. Allah
bizə imkan versin ki, onların intiqamını ala bilək!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək