Moskva Lukaşenkonu növbəti dəfə əsəbiləşdirəcək
Bizi izləyin

MDB

Moskva Lukaşenkonu növbəti dəfə əsəbiləşdirəcək

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti (“Rosselxoznadzor”) Belarusdan gətirilən Pekin kələmini yoxlayacaq.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu haqda idarədən bildirilib.

İdarənin əməkdaşlarında şübhələr yaranıb ki, tərəvəz üçüncü ölkələrdən gətirilir və Rusiyanın fitosanitar normalarını pozur. İxracın qəfildən təxminən 6 dəfə artması yoxlamanın səbəbi olub. İdarədən bildiriblər ki, Belarus bunun üçün lazım olan istehsal güclərinə malik deyil.

Qeyd edək ki, Rusiya tərəfinin Belarusa qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər zaman-zaman tərəflər arasında gərginliyə səbəb olur. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəfələrlə sərhəd və gömrük nəzarətinin gücləndirilməsinə görə tənqid edib.

“Biz rusiyalılar və beloruslar bərabər hüquqlarla fəxr edirdik. Amma rusiyalılar bu gün sərhəddə dəcəllik etməyə başlayırlar. Gömrükçülər malları bloklayır”, - Lukaşenko ötən il “Rossiya 24” telekanalına müsahibəsində bildirmişdi.

Prezident həmçinin iddia etmişdi ki, ittifaq dövlətinin yaradılması çərçivəsində Rusiya və Belarus arasındakı münasibətlərdə mənfi dinamika qeyd edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm