Ukrayna MDB-dən çıxır
Bizi izləyin

MDB

Ukrayna MDB-dən çıxır

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq.

Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub: "Lazımı tapşırıqlar vermişəm. Ukrayna hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB) tam çıxması üçün müvafiq sənədləri hazırlayır. Ukrayna heç vaxt MDB-nin üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalına qarşı mövqe sərgiləməkdən imtina etməsini nəzərə alaraq, xahiş edirəm ki, hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoyaq. Belə olan halda MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də birdəfəlik olaraq fəaliyyətini dayandırmalıdır.

P.Poroşenko eyni zamanda, Rusiya Federasiyası ilə Ukrayna arasında 1997-ci ildən bağlanan Dostluq müqaviləsinin də vəziyyətinə yenidən baxılacağını vurğulayıb: "İki dövlət arasındakı qarşılıqlı dostluq münasibətlərinə də yenidən baxılmalıdır. Əməkdaşlıq təktərəfli bitirilə bilməz. Bu istiqamətdə Ali Rada əməkdaşlıq haqqında müvafiq sənədlər də hazırlayacaq".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm