Rusiyada İŞİD-in lideri özünü partlatdı
Bizi izləyin

MDB

Rusiyada İŞİD-in lideri özünü partlatdı

Rusiyanın Rostov vilayətində İŞİD terror qruplaşmasının yerli qrupunun başçısı tutulma zamanı həlak olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Federal Təhlükəsizlik Xidmətindən bildirilib.

İdarənin məlumatına görə, qrupun üzvləri ölkənin cənubunda silah və əldəqayırma partlayıcı qurğuların tətbiqiylə terror hücumları hazırlayırdılar. Xüsusi əməliyyat zamanı İŞİD-in yerli bölməsinin başçısı həlak olub. O müqaviməti göstərib və üzərində olan əldəqayırma partlayıcı qurğunu işə salıb.

Qrupun üç üzvü saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm