MDB
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər.
Publika.az "Obozrevatel" nəşrinə istinadən xəbər verir ki, plan Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşündə müzakirə olunub.
Tərəflər planın həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini ifadə ediblər. Görüşdə həmçinin, Krım və Donbasda təhlükə yaradan mövcud mütəşəkkil cinayətkarlıq, eləcə də kriminal qruplaşmalara qarşı mübarizə yolları barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Kiyevdə hakimiyyət dəyişikliyindən sonra isə Donetsk və Luqansk vilayətlərində separatçılarla Ukrayna təhlükəsizlik gücləri arasında qarşıdurmalar başlayıb. Nəticədə, Rusiyanın dəstəklədiyi separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsi üzərində nəzarəti təmin edə biliblər.
Rusiya Krım məsələsini "bitmiş" hesab edir. Donbasın Ukraynanın nəzarətinə qaytarılmasına gəlincə, Moskva Kiyevin separatçılarla birbaşa danışıqlara girməsini və bölgəyə xüsusi statusun verilməsini tələb edir. Rusiya həmçinin, özünü münaqişə tərəfi hesab edir. Amma Ukrayna Ali Radasının qəbul etdiyi "Donbasın reinteqrasiyası haqqında qanunda" Rusiya "işğalçı" kimi təqdim edilib.
Könül Cəfərli
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO