Paşinyan etirazların davam etdiriləcəyini bəyan etdi
Bizi izləyin

MDB

Paşinyan etirazların davam etdiriləcəyini bəyan etdi

Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən aksiyalara rəhbərlik edən müxalifət lideri Nikol Paşinyan prezidentlə görüşündən sonra etirazların aprelin 22-də də davam etdiriləcəyini bəyan edib.

Nikol Paşinyan tərəfdarlarından hakimiyyətlə danışıqlarda onu səlahiyyətləndirməyi xahiş edib.

Prezidentlə keçirdiyi qısa danışığının nəticələrindən bəhs edən N.Paşinyan qeyd edib ki, hakimiyyətlə danışıqların mövzusu yalnız baş nazirin istefası məsələsi ola bilər.

“Hakimiyyətlə danışıqlarda mövqeyimizi möhkəmləndirmək üçün sabah saat 11-dən etibarən güclü aksiya keçirəcəyik”, - deyə Paşinyan qeyd edib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm