“Dünya yenidən bölüşdürülür və...” – Moskva ABŞ-ın QORXUNC PLANINI AÇIQLADI
Bizi izləyin

MDB

“Dünya yenidən bölüşdürülür və...” – Moskva ABŞ-ın QORXUNC PLANINI AÇIQLADI

ABŞ beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq üçün dünya dövlətlərini yeni qızğın silahlanmaya itələyir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Biz bu gün beynəlxalq münasibətlərin transformasiyasının və çoxqütblü sistemə keçidin şahidiyik. Bu, təsir sahələrinin yenidən bölüşdürülməsi, regional və qlobal liderlik üçün rəqabətin kəskinləşməsi ilə səciyyələnir. Bu şəraitdə Birləşmiş Ştatlar hərbi də daxil olmaqla, istənilən vasitələri cəlb edərək beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq istəyir və ölkələri yeni qızğın silahlanmaya itələyir”, - Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin Pekində keçirilən müşavirəsində deyib.

Şoyqu qeyd edib ki, Vaşinqton hətta özünün ənənəvi partnyorları ilə bərabərhüquqlu əməkdaşlığa hazır deyil: “Bunu Amerikanın milli təhlükəsizlik və müdafiə sahəsi üzrə yeni doktrina sənədləri də təsdiq edir. BMT-nin qərarları və Dünya Ticarət Təşkilatının baza prinsipləri də daxil olmaqla ən əhəmiyyətli beynəlxalq razılaşmaların yenidən nəzərdən keçirilməsinə cəhdlər göstərilir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm