Vəkil məhkəmədə cinayət işinin materiallarını yedi
Bizi izləyin

MDB

Vəkil məhkəmədə cinayət işinin materiallarını yedi

Bu gün Moskvadakı Kuntsevo Rayon Məhkəməsində vəkil cinayət işinin materiallarını yeyib.

Virtualaz.org “360” telekanalına istinadən xəbər verir ki, bu məlumatı məhkəmənin mətbuat katibi Darya Qalkina yayıb.

Belə ki, hüquqşünas məhkəməyə gələrək, müdafiə etdiyi şəxs barəsində olan cinayət işi ilə tanış olmaq arzusunda olduğunu bildirib. Cinayət işini əldə etdikdən sonra isə o, kağızları yeməyə başlayıb.

Buna baxmayaraq, məhkəmə ittiham olunan gənci 50 min rubl məbləğində cərimə edib və narkomaniyadan məcburi müalicəyə göndərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm