Məşhur agentliyin baş redaktoru həbs edildi
Bizi izləyin

MDB

Məşhur agentliyin baş redaktoru həbs edildi

Bu gün Ukraynanın Xerson məhkəməsi “RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski haqqında iyulun 13-dək həbs qətimkan tədbiri seçilib.

AZƏRTAC Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinə istinadla xəbər verir ki, məhkəmədə Vışinski Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də “RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin Kiyev ofisində axtarış aparıb. Kiril Vışinski dövlətə xəyanətdə şübhəli şəxs kimi saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm