İşğala bu 3 ssenari ilə SON QOYULACAQ: “İki həftə ərzində…”
Bizi izləyin

MDB

İşğala bu 3 ssenari ilə SON QOYULACAQ: “İki həftə ərzində…”

Donbasın işğal edilmiş ərazisinin Kiyevin nəzarətinə qaytarılmasının üç variantı var.

Publika.az “Apostrof” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Yuri Qrımçak bildirib.

“Birincisi, qarşı tərəfin təslim olması ilə sülhə sürətlə nail olmaq olar. İkincisi, hərbi ssenaridir, amma bu, bir çox səbəblərdən ağlasığmazdır”, - nazir müavini deyib.

Onun sözlərinə görə, regionun Ukraynanın nəzarəti altına qaytarılması üçün beynəlxalq sülhməramlıların yerləşdirilməsi Kiyev üçün ən optimal variant olacaq.

Daha əvvəl Qrımçak söyləyib ki, Ukrayna ordusu iki həftə ərzində işğal edilmiş əraziləri qaytarmağa qadirdir. Ancaq o vurğulayıb ki, belə ssenari ən az ehtimal edilir.

Yuri Qrımçak həmçinin bildirib ki, Rusiyaya qarşı təzyiq və sanksiyalar Krımın Ukraynaya qaytarılmasına gətirib çıxaracaq. Onun sözlərinə görə, yarımada ilə Luqansk və Donetsk “xalq respublikaları”nın Kiyevin nəzarəti altına qaytarılmasının mexanizmi eynidir.

“Bu, iqtisadi, maliyyə və başqa sahələrdə təzyiqdir. Rusiyanın bu siyasəti ona çox baha başa gəlməlidir”, - nazir müavini deyib.

Qrımçak qeyd edib ki, hansısa bir anda Krımın saxlanılması Rusiya üçün “zəhərli”, onun Ukraynaya qaytarılması isə “qurtuluş” olacaq.

Xatırladaq ki, 2014-cü ildə Ukraynanın hakimiyyət dəyişikliyindən sonra ölkənin şərqində Rusiyanın dəstəyi ilə Donetsk və Luqansk “xalq respublikaları” yaradılıb. Rusiyadan hərbi və maliyyə dəstəyi alan separatçılarla Ukrayna ordusu arasında başlayan döyüşlərin nəticəsində Donetsk və Luqansk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb.

Krım isə 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskva Krım yarımadasının Rusiya ilə birləşdirilməsi haqqında məsələni bağlanmış məsələ hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm