Bu raketlə ABŞ-ı məhv etmək olardı – Rusiya BİABIR OLDU
Bizi izləyin

MDB

Bu raketlə ABŞ-ı məhv etmək olardı – Rusiya BİABIR OLDU

Nüvə mühərriki ilə təchiz edilən Rusiyanın qanadlı raketinin sınaqları uğursuz keçib.

Publika.az xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının məruzəsiylə tanış olan mənbələrin informasiyasına əsasən, CNBC telekanalı bildirib.

Kanal qeyd edir ki, raket 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına kimi 4 dəfə sınaqdan keçirilib. Kanalın anonim mənbəyinin məlumatına görə, sınaqlar qəzalarla başa çatıb.

Məlumata görə, raketin ən uzunsürən sınağı iki dəqiqədən bir qədər çox davam edib və 35 kilometr uçaraq idarəetmədən çıxıb. Ən qısa sınaq isə 8 kilometr uçuşla dörd saniyə davam edib.

Daha əvvəl mənbə bildirirdi ki, səsdən surətli raket hərbi nüvə yükünü daşıya bilir. Qeyd edilirdi ki, raket 2020-ci ildə istifadəyə hazır olacaq. Kanalın məlumatına görə, ABŞ hazırda bu silaha qarşı durmaq gücündə deyil.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının, o cümlədən “Sarmat” raket kompleksi və ”Xəncər” aviasiya raket kompleksinin yeni görüntüləri təqdim edilmişdi. Putin vurğulamışdı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm