Təmas xəttində hündürlüklər üçün ŞİDDƏTLİ DÖYÜŞLƏR gedir
Bizi izləyin

MDB

Təmas xəttində hündürlüklər üçün ŞİDDƏTLİ DÖYÜŞLƏR gedir

Ukraynanın silahlı qüvvələri Donetsk vilayətinin Qorlovka rayonu ərazisində “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı rejimin döyüşçülərinin blok-postlarına hücüm edib.

Publika.az xəbər verir ki, bu haqda Donbasdakı Birləşmiş güclərin əməliyyat qərargahındakı mənbəyə istinadən “Strana.UA” portal bildirib.

“Qorlovka Debaltsevo və Yenakievoya hücum üçün strateji müharibə meydanıdır. Beləliklə, Donetsk ətrafında ilmə daralır”, - mənbə deyib.

Eyni zamanda, qərargahın nümayəndəsi iddia edib ki, Ukrayna Minsk razılaşmalarını pozmur: “Qorlovkanın ətrafında hündürlüklər boz zonaya aiddir. Və biz boz zonanı tutmaq hüququna malikik”, - Ukrayna ordusunun zabiti bildirib.

Qeyd edək ki, son günlərdə bu rayonda vəziyyət kəskin pişləşib. Dünən Ukraynanın silahlı qüvvələri “DXR-in nəzarətində olan Qorlovkaya hücum edib. “DXR”in operativ komandanlığının komandan müavini Eduard Basurin bildirib ki, hücumun gedişatında Ukrayna güclərindən təxminən 10 nəfər öldürülüb, tank və BMP məhv edilib.

Daha əvvəl Donbasda yaradılan separatçı rejimlərin nümayəndələrini xəbərdar ediblər ki, “bufer zona”da yerləşən qəsəbələrin Ukrayna silahlı qüvvələri tərəfindən tutulması döyüş əməliyyatlarının yenilənməsi üçün ilkin şərtdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm