Moskvadan ABŞ-ın 12 şərtinə REAKSİYA
Bizi izləyin

MDB

Moskvadan ABŞ-ın 12 şərtinə REAKSİYA

ABŞ administrasiyasının İrana qarşı irəli sürdüyü şərtlər Tehran üçün şübhəsiz ki, qəbuledilməzdir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Görünür, ABŞ İran barəsində ultimatum və təhdid siyasətini qəti üstün tutub. Bu, İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının ruhuna uyğun deyil və normal dövlətlərarası münasibətlərin çərçivəsindən kənara çıxır”, - Zaxarova deyib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 21-də İran üzrə strategiyanı elan edib. O, İrana qarşı sanksiyaların yumşaldılması üçün İranın nüvə və raket proqramlarının dayandırılması üzrə 12 əsas şərtini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm