Silahlılar partiya binasını zəbt etdi - Deputat öldü
Bizi izləyin

MDB

Silahlılar partiya binasını zəbt etdi - Deputat öldü

Ukraynanın Çerkası şəhərində naməlum silahlı şəxslər yerli siyasi partiyanın binasını zəbt ediblər.

Qumbara və tapança ilə silahlanmış iki nəfər binanı partladacaqları ilə hədələyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının operativ qrupu, təcili yardım briqadası gəlib. Binada atışma səsləri eşidilib.

Yerli mətbuatın məlumatına görə, atışma zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Ölən şəxsin Çerkası Vilayət Şurasının deputatı Sergey Quranın olduğu bildirilir. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm