Moskva dalana DİRƏNİR – İki ölkədən kompensasiya tələbi
Bizi izləyin

MDB

Moskva dalana DİRƏNİR – İki ölkədən kompensasiya tələbi

Avstraliya 2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid MH17 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 38 avstraliyalının ailələri üçün kompensasiya tələb edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Avstraliyanın xarici işlər naziri Culi Bişop bildirib.

“Qurbanların ailələri istəyir ki, Rusiya məsuliyyətli olsun. Onlar işin bağlanmasını görmək istəyirlər, onlar həmçinin ədalətə layiqdirlər. Biz vəhşiliyə görə kompensasiyanın alınmasına nail olacağıq”, - o deyib.

Daha əvvəl isə Niderlandın xarici işlər naziri Stef Blok Rusiyadan kompensasiya tələb etdiklərini vurğulayıb. O qeyd edib ki, Rusiya faciənin araşdırılmasında əməkdaşlıq etməyə çalışmır.

Qeyd edək ki, Niderland və Avstraliya bu gün rəsmən sərnişin təyyarəsinin vurulmasında Rusiyanı ittiham edib.

“Növbəti addım, mümkündür ki, BMT-nin Beynəlxalq Məhkəməsi qarşısında iddianın qaldırılması olacaq. Ölkənin günahının müəyyən olunması mürəkkəb hüquq prosesidir. Biz Rusiyanı öz məsuliyyətini tanımağa və istintaqla əməkdaşlıq etməyə başlamağa çağırırıq”, - ölkənin xarici işlər naziri Stef Blok bildirib.

Xatırladaq ki, mayın 24-də Birgə İstintaq Qrupu təyyarəni vuran raketin Rusiya Silahlı Qüvvələrinə aid olduğunu bildirib. Qrup bildirib ki, hərbi texnikanın konvoyu Kursk ərazisində yerləşən 53-cü briqadanın bazasından iyunun sonunda yola düşüb. Onun tərkibində ən azı altı “Buk” zenit-raket kompleksi var idi. İstintaqın versiyasına görə, “Boinq” məhz bu komplekslərdən birindən buraxılan raketlə vurulmuşdi.

Rusiya istintaqın nəticələrini tanımaqdan imtina edib. Rusiya tərəfinin versiyasına görə, ölkəyə məxsus zenit-raket kompleksləri heç vaxt Ukrayna sərhədini keçməyib.

Qeyd edək ki, təyyarə qəzası nəticəsində 298 insan (283 sərnişin və 15 ekipaj üzvü) həyatını itirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm