Bəstəkarlar İttifaqının yeni layihəsi
Bizi izləyin

Mədəniyyət

Bəstəkarlar İttifaqının yeni layihəsi

Azərbaycan Bəstəkarlar İttifaqı yeni mövsümdə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin dövlət səviyyəsində keçiriləcək 130 illik yubileyi çərçivəsində bir sıra tədbirlər reallaşdıracaq.

Sənətkarın musiqi irsinin və möhtəşəm publisistik əsərlərinin təbliği məqsədilə sentyabrın 18-də Üzeyir Hacıbəyli beynəlxalq musiqi festivalına start veriləcək.

Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Üzeyir dünyası" adlı möhtəşəm layihə çərçivəsində Bəstəkarlar İttifaqı tərəfindən mühüm işlər görülür. Belə ki, həyata keçən layihə Üzeyir Hacıbəylinin bütün mövzularda müraciət etdiyi əsərlərinin toplanılması və kitab halına salınmasından ibarətdir.

Bəstəkarlar İttifaqının layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Üzeyir Hacıbəyli əsərlərindən ibarət 13 kitab çap olunub. Hazırda layihənin davamı olaraq bir neçə kitabın çap olunacağı da nəzərdə tutulub. Bütün kitabların xarici dillərə tərcümə ediləcəyi planlaşdırılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm