Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək
Bizi izləyin

Mədəniyyət

Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Dekabrın 14–də dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcək.

Yeni mövsümdə dünya şöhrətli musiqiçinin yubileyi ilə əlaqədar olaraq müxtəlif silsilə tədbirlər planlaşdırılır. Bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasan hazırlanmış tədbirlər planına uyğun təşkil olunacaq.

Dünya şöhrətli musiqi xadiminin yubiley gecəsində teatrın simfonik estrada orkestri də böyük musiqi proqramı ilə çıxış edəcək. Sənətkarın ifa etdiyi mahnılar orkestrin ifasında yeni təqdimatda səslənəcək.

İnstrumental kompozisiyalar və vokal ifalarından ibarət olacaq konsertdə bir sıra tanınmış xarici incəsənət nümayəndələrinin iştirakı gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm