“Nənələr” folklor qrupunun üzvü öldü
Bizi izləyin

Mədəniyyət

“Nənələr” folklor qrupunun üzvü öldü

Lənkəran rayonunun Separadi kəndində fəaliyyət göstərən “Nənələr” folklor kollektivinin üzvlərindən biri - Xanbibi Əzimova iyulun 10-da 79 yaşında vəfat edib.

X.Əzimova kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, “Bacılar” adı ilə fəaliyyətə başlayan “Nənələr” folklor qrupu 1970-ci ildə yaradılıb. Altı nəfərlik kollektivin qədim mahnı və rəqslərimizin qorunub saxlanmasında, onların gələcək nəsillərə çatdırılmasında xidmətləri əvəzsizdir. Folklor kollektivinin repertuarında Azərbaycan və talış dillərində 100-dən çox bayatı və el nəğməsi var.

“Nənələr” folklor kollektivini təkcə ölkəmizdə deyil, xarici ölkələrdə də sevirlər. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm