TÜRKSOY-un Haldun Taner adına pyes müsabiqəsi
Bizi izləyin

Mədəniyyət

TÜRKSOY-un Haldun Taner adına pyes müsabiqəsi

TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili "Haldun Taner ili" elan edib. Yubiley ili çərçivəsində keçirilən tədbirlərdən biri Haldun Taner adına beynəlxalq dramaturqlar müsabiqəsidir.

Müsabiqənin təşkilatçıları TÜRKSOY və Avrasiya Yazarlar Birliyidir.

Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox olmayan pyeslər qəbul olunur. Əsərlər Türkiyə türkcəsinə çevrilmiş mətn üzrə qiymətləndiriləcək. İştirakçılar üçün yaş həddi yoxdur. Pyes müəllif əsəri olmalıdır, hər hansı əsərə uyğunlaşdırılmamalı, hansısa əsərin tərcüməsi olmamalıdır. Hər müəllif müsabiqədə bir əsərlə iştirak edə bilər. Müsabiqəyə daha öncə çap olunmayan, tamaşaya qoyulmayan və digər müsabiqələrdə mükafatlandırılmayan pyeslər qəbul olunur.

Əsərlərin təqdimatı sentyabrın 9-da yekunlaşacaq, müsabiqənin nəticələri noyabrın 15-də elan olunacaq, mükafatlandırma mərasimi isə dekabrda olacaq.

Birinci yerin qalibinə 15 min, 2-ci yer üçün 10 min, 3-cü yer üçün isə 5 min türk lirəsi nəzərdə tutulub. Bundan əlavə, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Mükafata layiq görülmüş pyeslər TÜRKSOY ölkələrinin dövlət teatrlarının repertuarına tövsiyə olunacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm