Mədəniyyət
"Qızıl pəri" peşə mükafatı təsis edilib
Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Kinoaktyorlar və Prodüserlər gildiyalarının dəstəyi ilə, audiovizual sahənin - kino və televiziyanın inkişafına kömək, milli mənəvi dəyərlərin qorunub saxlanması və bu sahədə çalışan peşəkarları - müəllifləri, ifaçıları və prodüserləri həvəsləndirmək məqsədilə "Qızıl pəri" peşə mükafatını təsis edib.
Müsabiqənin neçə ildən bir keçirilməsi və nominasiyaların sayı Azərbaycanda istehsal olunan audiovizual əsərlərin müsabiqə üçün alternativliyini və rəqabətliyini təmin edən dərəcədə olmasından asılı olaraq müəyyənləşdiriləcək.
"Qızıl pəri" mükafatının ən yaxşı bədii, sənədli və cizgi filmləri, telefilm (və ya serial, müəllif verilişi), rejissor, prodüser, orijinal ssenari, aktrisa, aktyor, operator, rəssam, bəstəkar, debüt, həmçinin milli kinonun və televiziyanın inkişafına verdiyi töhfələrinə görə nominasiyaları üzrə keçirilməsi nəzərdə tutulub.
Nominasiyalara təqdim olunan audiovizual əsərlərin rejissorlarının və peşə nominasiyalarına təqdim olunan namizədlərin Azərbaycan vətəndaşı olması mütləqdir.
"Qızıl pəri" mükafatının qaliblərini milli kinomuzun və televiziyamızın ən peşəkar və qabaqcıl nümayəndələrindən ibarət münsiflər heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirəcək.
Mükafatının ilk müsabiqəsi cari ildə, 2010-2015-ci illərin istehsalı olan əsərlər üzrə keçirilir. Mükafatlara namizədlərin ərizə formalarının və əsərlərinin qəbulu bu ilin oktyabrın 1-dək olacaq. Ətraflı məlumat və ərizə forması ilə www.audiovisual.az saytında tanış olmaq mümkündür.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov