Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə ənənəsinə sadiq qalacaq
Bizi izləyin

Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə ənənəsinə sadiq qalacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 87-ci mövsümü yeni maraqlı tamaşalar, həyata keçirilən layihələr, beynəlxalq qastrol və festivallar, rejissor və aktyor yaradıcılıq mübadilələri ilə zəngin oldu. Kimsəsiz körpələri, şəhid, veteran, əlil ailələrindən olan sağlamlıq imkanları məhdud uşaqları bayram və şənliklərdə diqqətdən kənar qoymayan teatr bu mövsüm də ənənəsinə sadiq qaldı.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı, "Uşaqların Sağlam Gələcəyi" İctimai Birliyi, "Ümid işığında" Əlil uşaqlara yardım İctimai Birliyi, Veteranlar Şurası və digər qurumların nümayəndələri Gənc Tamaşaçılar Teatrının daimi izləyiciləri kimi hər il təmənnasız olaraq tamaşalarda iştirak edirlər. Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Təşkilatı və digər qurumlardan teatra daxil olan təşəkkür məktublarında mütəmadi olaraq əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə dəstək olaraq mədəni kütləvi tədbirlərdə iştirakını təmin etdiyinə görə teatrın rəhbərliyinə öz minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, teatr özünün yeni, 88-ci mövsümündə də belə layihələrin həyata keçirilməsini davam etdirmək niyyətindədir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm