Qəbələdə beynəlxalq musiqi festivalına hazırlıq görülür
Bizi izləyin

Mədəniyyət

Qəbələdə beynəlxalq musiqi festivalına hazırlıq görülür

İyulun 25-dən 31-dək Qəbələ şəhərində növbəti musiqi bayramı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür. Rayon İcra Hakimiyyətinin, idarə və təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park və bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır.

Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq. Bəzi konsertlər isə "Qafqaz Resorte" hotelində keçiriləcək.

Builki Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı da zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya və Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" kamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist və dirijorları bir araya gətirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm