Bəstəkarımız “6 bəstəkar və 6 şair" layihəsində iştirak edəcək
Bizi izləyin

Mədəniyyət

Bəstəkarımız “6 bəstəkar və 6 şair" layihəsində iştirak edəcək

Azərbaycan Bəstəkarlar İttifaqı və Türkiyə Bəstəkarlar Cəmiyyətinin birgə işi olan "6 bəstəkar və 6 şair" layihəsində bəstəkar Cəlal Abbasov da öz əsəri ilə təmsil olunacaq. Layihənin Bakıda oktyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Cəlal Abbasov layihədə türk şairi Nədim Uçarın "Kar tanesi" şeirinə bəstələdiyi musiqi əsəri ilə iştirak edəcək.

Qeyd edək ki, "6 bəstəkar və 6 şair layihəsi əvvəlcə Azərbaycanda, sonra Türkiyədə reallaşacaq. Layihə çərçivəsində Azərbaycanda hər iki ölkə bəstəkarlarının musiqilərindən ibarət konsert proqramının təşkili planlaşdırılır.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm