“Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi keçirilir
Bizi izləyin

Mədəniyyət

“Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi keçirilir

İyulun 25-də Azərbaycan Xalça Muzeyində “Nəslin nəvəsi yaşayır” adlı fotosərgi layihəsi çərçivəsində tədbir keçiriləcək. Layihə uşaqlarda xalça və xalq tətbiqi sənətinə olan sevgini, diqqəti və bilikləri daha da artırmaq məqsədi ilə təşkil edilir.

Muzeydən verilən məlumata görə, tədbirdə muzeyin dərnək üzvləri və digər uşaqların çəkdikləri fotolar nümayiş olunacaq. Bunlar uşaqların marağına səbəb olan, onların diqqətini cəlb edən xalça və ya xalq tətbiqi sənətinə aid hər hansı bir əşyanın (eksponatın) şəkilləridir. Eyni zamanda, uşaqların hazırladıqları fotoların yanında onlar barəsində muzey daxilində (kitabxana, mütəxəssislər) topladıqları məlumatlar da əksini tapacaq.

Sonda ən yaxşı hazırlanmış fotolayihə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

​Proqramda, həmçinin xalça toxunuşunun nümayişi, milli geyim növləri, xalça elementləri təsvir olunmuş vərəqlərin rəngləməsi və “Face-art” nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm