Mədəniyyət
Qəbələdə “Barselona və Flamenko” ansamblının möhtəşəm konserti olub
Qəbələ VII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.
Festivalın proqramına uyğun olaraq iyulun 27-də Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Barselona və Flamenko” ansamblının möhtəşəm konserti olub.
Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. On ildən çoxdur ki, fəaliyyət göstərən ansambl konsert iştirakçılarına “Opera və Flamenko” və “Qran Qala Flamenko” tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan Barselona ansamblı tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.
Qeyd edək ki, bu ansamblın tamaşaları Barselonada ən çox baxılan tamaşalardır. “Barselona və Flamenko”nun kollektivi hər il Avropada və Şimali Amerikada çıxışlar edir.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...