Məşhur “Zalım, pis, yaxşı” Azərbaycanda – FOTOLAR
Bizi izləyin

Mədəniyyət

Məşhur “Zalım, pis, yaxşı” Azərbaycanda – FOTOLAR

“Rejissor Serco Leonenin çəkdiyi, 1966-cı ildə ekranlara çıxan dünyaca məşhur “Zalım, pis, yaxşı” filminin Azərbaycan variantının layihəsi bizdə də mövcud idi”.

Bunu Publika.az-a açıqlamasında əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Əhməd Salahov deyib: “Bu təşəbbüs bir müddət əvvəl mövcud idi. Amma bilmirdik ki, kinonu dəqiq çəkəcəklər, yoxsa ancaq fotosessiya hazırlayırlar. Dedilər ki, bu, bir layihə olmalıdır. Üçümüzü dəvət etdilər - məni, Nurəddin Mehdixanlını və Abbas Qəhrəmanovu. Bizi qrimlədilər, xüsusi kostyumlar, filmdəki aktyor paltarlarına bənzəyən paltarlar geyindirdilər. Mən aktyor Klint İstvudun filmdə canlandırdığı yaxşı adam obrazını, Nurəddin Mehdixanlı Li Van Klifin canlandırdığı pis rolunu, Abbas Qəhrəmanov isə İlay Uolokun yaratdığı zalım obrazını canlandırdıq”.

Əməkdar artistin sözlərinə görə, aktyorların xüsusi geyimlərlə və qrimlərlə fotoları da çəkilib: “Sonra həmin fotolar jurnalda dərc olundu. Hər üçümüzün fotoları onun səhifələrində yerləşdirildi. Lakin sonradan bu layihə ilə bağlı heç nə demədilər. Yalnız fotolarla kifayətləndilər. Biz də bu haqda heç nə soruşmadıq”.

O, özünün və həmkarlarının bu çəkilişə görə qonorar almadığını dedi. Aktyor bildirdi ki, həmin fotoları və jurnalı evində saxlayır: “Əgər belə bir film çəkilsə, orda rol oynamağa məmnuniyyətlə razı olaram”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm