Habil Əliyev evə buraxıldı
Bizi izləyin

Mədəniyyət

Habil Əliyev evə buraxıldı

Azərbaycanın xalq artisti Habil Əliyev xəstəxanadan evə buraxılıb.

Bu barədə sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevə məlumat verib.

Onun sözlərinə görə, xəstəxanadan evə buraxılmasını Habil Əliyev özü istəyib: “Xəstəxanada qalmaq istəmədi. Biz də, həkimlər də onun xahişinin əksinə getmədik. İndi özünü yaxşı hiss edir. Doğmaları, ailə üzvləri, həkim personalı başının üstündədir”.

Ş. Əliyevə əlavə edib ki, H. Əliyev ev şəraitində müalicə alacaq: “Xəstəxanada hansı müalicəni alırdısa, evdə də o qaydada davam edəcək. Evdə bütün şəraiti yaratmışıq, narahatlıq yoxdur”. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm