Habil Əliyevin vəziyyəti kritik olaraq qalır...
Bizi izləyin

Mədəniyyət

Habil Əliyevin vəziyyəti kritik olaraq qalır...

Habil Əliyevin durumu ağır olaraq qalır və hələ də komadan ayılmayıb.

Bunu Publika.az-a açıqlamasında xalq artistinin həyat yoldaşı Şərqiyyə xanım deyib: “Vəziyyəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Biz də, həkimlər də bir an belə yanından ayrılmırıq. Amma nə edə bilərik? Hər şey Allahın əlindədir”.

Şərqiyyə xanım bir daha sosial şəbəkələrdə və bəzi internet saytlarında Habil Əliyevin ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Başa düşürəm ki, hamı onun səhhətindən narahatdır. Amma Habili sevirlərsə, bu xəbərləri niyə yayırlar? Əgər bir şey olsa, gizlətməyəcəyik, hamı biləcək. Xahiş edirəm, yalan xəbər yaymasınlar”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm