İran Almaniya ilə birgə serial çəkir - FOTOLAR
Bizi izləyin

Mədəniyyət

İran Almaniya ilə birgə serial çəkir - FOTOLAR

İran və Almaniya birgə serial çəkir. "Trend"-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, “Şəhrzad” adlı serialın çəkilişlərinə artıq başlanıb və yaxın zamanlarda televiziyada yayımlanacaq.

Məlumata əsasən, eşq və məhəbbətdən bəhs edən serialın rejissoru tanınmış iranlı kinorejissor Həsən Fəthidir. Serialda hadisələr İranda baş vermiş "Ayaks" əməliyyatından sonra başlayır. Serialın çəkilişləri İranın Qəzali kino şəhərciyində aparılıb.

Qeyd edək ki, "Ayaks" əməliyyatı 1953-cü ildə ABŞ və Böyük Britaniya tərəfindən hazırlanan Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən həyata keçirilən bir əməliyyatdır.

Əməliyyatın həyata keçirilməsində məqsəd İranda Məhəmməd Mussadıqı devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza Pəhləvini gətirmək idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm