Habil Əliyevi itirdik...
Bizi izləyin

Mədəniyyət

Habil Əliyevi itirdik...

Azərbaycanını Xalq artisti Habil Əliyev dünyasını dəyişib.

Bu barədə Publika.az-a mərhum sənətkarın yaxınları xəbər veriblər. Habil Əliyev uzun sürən xəstəlikdən sonra axşam saatlarında öz evində vəfat edib.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H. Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdı. Bir neçə gün öncə səhhəti yenidən pisləşən dahi sənətkar komaya düşmüşdü...

Allah rəhmət eləsin!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm