• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Lukaşenko Depardye üçün 2 milyon dollar ayırdı

Lukaşenko Depardye üçün 2 milyon dollar ayırdı

Belarus prezidenti Lukaşenko Depardyenin iştirakı ilə çəkiləcək filmə 2 milyon dollar ayırıb.

Bu barədə Publika.az rus mətbuatına istinadən məlumat verir.

“Lukaşenko Jerar Depardyenin gəlişindən dərhal sonra maliyyə nazirini çağıraraq 2 milyon dollar ayrılmasını tapşırıb”, – deyən Depardyenin prodüseri Arno Freli təşkilati məsələləri həll etdiyini söyləyib.

“Normandiya Neman” adlı filmdə fransız aktyor, çox ehtimal ki, ikinci dərəcəli rolda çıxış edəcək. Deyəsən, bu dəfə o, mexaniklik edəcək.

Onu da qeyd edək ki, bir müddət əvvəl mətbuatda Depardyenin Belarusa gəldiyi və Lukaşenko ilə görüşdüyü barədə məlumat verilmişdi. Aktyor əfsanəvi “Normandiya Neman” alayı haqda filmin yaranmasını müzakirə etmişdi. Həmçinin layihə üzərində Fransa, Rusiya və Belarusun birgə işləyəcəyinin gözlənildiyini də diqqətə çatdırmışdı.

Daha sonra aktyor bəyan edib ki, Fransadakı bütün əmlakını satmağı planlaşdırır. Hazırda İtaliyada yaşadığını, Belarusa köçməyə hazırlaşdığını da gizlətməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR