Böyük filosofdan 40 qızıl fikir: “Siz elə bir qadın...”
Bizi izləyin

Mədəniyyət

Böyük filosofdan 40 qızıl fikir: “Siz elə bir qadın...”

Müəyyən bir fikri qısa və lakonik frazaya çevirmək xüsusi bir incəsənət növüdür. Və elə insanlar var ki, bu incəsənət sahəsində başgicəlləndirici uğurlar əldə ediblər. XX əsrdə yaşamış polşalı filosof, şair, satirik Stanislav Leç bu qəbildəndir.

Axar.az böyük mütəfəkkirin dəyərli fikirlərini təqdim edir:

1. İnsanlar tənhadır, çünki körpü yerinə divar hörürlər.

2. Deyək ki, başını vurdun divara. Yaxşı, bəs qonşu kamerada nə edəcəksən?

3. Biz içindən çıxmaq istəmədiyimiz vəziyyəti çıxılmaz adlandırırıq.

4. Bir çox bumeranqlar qayıtmır, azadlığı seçirlər.

5. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Bilməksə, bəzən azad edir.

6. Həyat zərərli bir şeydir. Ondan hamı ölür.

7. Ağlını yalnız ağlı olanlar itirir.

8. Başının üstündəki dam çox adama bəzən böyüməyə mane olur.

9. Axmaq özünü məndən ağıllı hesab edən adamdır.

10. Qaranlıqla aydınlıq arasındakı sərhəd – sənsən.

11. Hərdən susmaq lazımdır ki, səni dinləsinlər.

12. Yalnız bir qısqanclıq ucbatından vurulmaq mümkündür.

13. Heç nədən başı çıxmayan adam hər şey edə bilər.

14. Gözəl yalan? Diqqət! Bu, artıq incəsənətdir.

15. Realist ol: Həqiqəti söyləmə.

16. Gəlin, heç olmasa, elmin bizim insan olmadığımızı sübut edəcəyi günə qədər insan olaq.

17. Əgər heyvanları bilərəkdən qırsaydılar, bu, insan əməli olardı.

18. Bəzi insanlarla ünsiyyətə girdikdən sonra məndə natamamlıq kompleksi yaranır.

19. Bəzi “sıfırlar” elə bilir ki, onlar planetin ətrafında fırlandığı orbitlərdir.

20. Plagiatçılar, rahat yatın. İlham pərisi qadındır və o, birinci kimin olduğunu nadir hallarda etiraf edir.

21. Həmişə özgə tanrılara müraciət et. Onlar səni növbəsiz dinləyirlər.

22. Bir-birimizə nifrət etməmək üçün bir-birimizi başa düşməyə çalışmayacağıq.

23. Mən ciddi düşünməyə başlayanda dünyanın necə komik olduğunu görürəm.

24. Tam dibə qədər endiyimi düşünəndə, aşağılardan səs gəldi.

25. Hər boz kütlənin beyni olmur.

26. Artıq hər şey açıqlanıb. Xoşbəxtlikdən hələ hər şey haqda düşünülməyib.

27. Biz yalnız bir sistemdən hələ uzun müddət xilas ola bilməyəcəyik – Günəş sistemindən.

28. İllüziyalara aldanmaq kifayətdir ki, real həyatı dərk edəsən.

29. Qeybətlər köhnələndə mifə çevrilir.

30. Dünyaya gözlərini qıyıb baxırsansa, göz yaşlarını gizlətmək daha asandır.

31. Hər kəsi təsadüflər idarə edir. Təsadüfləri də kimin idarə etdiyini bilsəydik...

32. Bütün həyatın boyu bir məqsədə doğru getmək olar. Əlbəttə, əgər o durmadan sizdən uzağa addımlayırsa.

33. Siz elə bir qadın təsəvvür edirsiniz ki, öz məşuquna ilk gecə və ondan sonrakı yüzlərlə gecədə eyni nağılı danışmağı icazə versin?

34. Fizika, buna nə deyəcəksən? İnsanlar arasında olan soyuqlaşma onların sürtünməsi nəticəsində meydana gəlir.

35. Əgər incəsənət haqda aparılan söhbətlərin sayı çoxalarsa, doğum sayı aşağı düşər.

36. Yalnızlıq, sən necə də qələbəliksən!

37. Özünün o qədər də mükəmməl olmadığını dərk etdiyin an dahilik hesab oluna bilər.

38. Şəxsiyyətin ikiləşməsi – çətin psixoloji xəstəlikdir, çünki insanlar bir dərdi bir dəfə çəkirsə, onlar iki nəfərin yerinə çəkir.

39. Ey insan, dünya önündə taybatay açılıb, çalışın ki, yıxılmayasınız.

40. Doğum ağrılı prosesdir, xüsusən də, əgər insan özü-özünü doğursa.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm